Qaradağda avtomobil yandıran şəxsin daha bir cinayət ortağı saxlanılıb

Paytaxtın Qaradağ rayonunda məktəb direktoruna məxsus “Kia” markalı avtomobilin qəsdən yandırılması ilə bağlı cinayət işi üzrə daha bir nəfər həbs olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Fuad İbrahimovla yanaşı, onun tanışı İlkin Novruzov da saxlanılıb. İstintaq materiallarına əsasən, İlkin Novruzovun da qeyd edilən cinayət əməlində iştirak etdiyi müəyyənləşdirilib.
Hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə araşdırmalar davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.