Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb, onlardan 12 kiloqram marixuana götürülüb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı rayon sakini Coşqun Rəfiyev şəhər ərazisində saxlanılıb. O, narkotik vasitəni taksi ilə meşəlik əraziyə apararkən saxlanaraq şöbəyə gətirilib. Avtomobilə baxış zamanı yük yerindən 9 kiloqram marixuana aşkar edilərək götürülüb.
Bundan əlavə keçirilən digər bir tədbirlə daha 3 kiloqram marixuana qanunsuz dövriyyədən çıxarılıb. Şübhəli qismində saxlanılan Zaman Cəfərovun rayonun Hindarx qəsəbəsindəki evinə baxış keçirilib. Bu zaman oradan 3 kiloqram marixuana aşkar edilərək götürülüb.
Hət iki faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
***
Füzulidə silah-sursat aşkar edilib
Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbirlər zamanı müxtəlif silah-sursat aşkar edilib. Tapılan 45 avtomat, 11 pulemyot, 9 qumbaraatan, 2 tank əleyhinə idarə olunan raket sistemi, 2 snayper tüfəngi, 4 tapança, 1 AQS və lent qutuları, 3 əl qumbarası, 15 partladıcı, 2 gecə görmə cihazı, 1500 müxtəlif çaplı patron və digər döyüş sursatları aidiyyəti üzrə təhvil verilib.
***
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov
"Xudat-Nabran avtomobil yolunda hərəkətin intensiv olduğu yerdə qəflətən yola çıxan piyada Ə.Müslümovu maşın vurub. Hadisəni törədən Xaçmaz DYPB-nin əməkdaşı dərhal piyadanı xəstəxanaya çatdırıb. Hazırda müalicəsi davam etdirilir. Faktla bağlı araşdırma aparılır
***
Polis əməkdaşlarının yanvarın 14-də və 15-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 29,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 8,5 kiloqramdan artıq heroin, 21,2 kiloqramdan çox marixuana, 20 qram tiryək və 1 kiloqramdan artıq yüksək təsiredici xassəyə malik psixotrop maddə olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
***
❗Qanunsuz saxlanılan silah-sursatla bağlı tədbirlər davam etdirilir
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 14-də 15-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 11 ədəd ov tüfəngi götürülüb.
Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
***
❗Oğurluq
Səbail rayonu ərazisində “Gac” markalı avtomobildən içərisində 900 manat olan çantanın oğurlanması barədə polisə məlumat daxil olub.
Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Kamran Kərimov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
***
❗Oğurluq
Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə yanvarın 13-nə keçən gecə Yeni Suraxanı qəsəbəsi ərazisində yerləşən sexlərin birindən 5 ədəd noutbukun qeyri-aşkar şəraitdə oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Lənkəran rayon sakini Ramin Əhmədov, paytaxt sakinləri Nahid Qədimalıyev, Elvin Dadaşov və qardaşı Xəyal müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
***
❗Soyğunçuluq
Sumqayıt şəhəri 45-ci məhəllədə şəhər sakini A.Hüseynovun 183 manatının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən şəhər sakini, əvvəllər də soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Zahid Kazımov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
***
❗DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,
- Yanvarın 14-də və 15-də ölkə ərazisində qeydə alınan 122, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 77, o cümlədən borclu şəxs qismində axtarışda olan 52 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.
- Narkotiklərlə əlaqəli 53, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 84 nəfər saxlanılıb.