“Sabah” üçün Çempionlar Liqasında ilk sınaq: rəqib “Mançester Yunayted”

“Sabah” bu gün UEFA Çempionlar Liqasının liqa mərhələsində mübarizəyə başlayır.
Paytaxt klubu ilk turda İngiltərə nəhəngi “Mançester Yunayted”lə qarşılaşacaq. “Old Trafford”da keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Görüşə Fransadan olan hakimlər briqadası təyinat alıb. Matçın baş hakimi Villi Delajo, köməkçi hakimlər Ervan Finjean və Valentin Evrar olacaq. Matyo Vernis dördüncü hakim, Jerom Brisar isə VAR hakimi kimi fəaliyyət göstərəcək.
“Sabah” qarşılaşmaya Stiv Solvetsiz çıxacaq. Komandanın aparıcı üzvlərindən olan futbolçu zədə səbəbindən meydana çıxa bilməyəcək.
Qeyd edək ki, bu, “Sabah”ın tarixində Çempionlar Liqasının əsas mərhələsində ilk oyun olacaq.
UEFA Çempionlar Liqası – 1-ci tur
23:00 | “Mançester Yunayted” – “Sabah”
Məkan: “Old Trafford”, Mançester
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.