AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Neftçi” – “Sabah” oyunu bu gün

  • + A
  • - A
  • Bu gün, 10:39

    “Neftçi” – “Sabah” oyunu bu gün

    VII turun ilk günündə iki matç keçiriləcək

    Bu gün Misli Premyer Liqasının I dövrəsinin VII turuna start veriləcək.

    Turun ilk günündə iki oyun nəzərdə tutulub. Saat 16:00-da “Araz-Naxçıvan” Şamaxı şəhər stadionunda “Kəpəz”lə qarşılaşacaq.

    Günün maraqla gözlənilən digər matçında “Neftçi” son ölkə çempionu “Sabah”ı qəbul edəcək. “Palms Sports Arena”da keçiriləcək görüş saat 19:30-da başlayacaq.

    VII turun oyunları oktyabrın 11-də başa çatacaq.

    Bu günün oyunları

    16:00 — “Araz-Naxçıvan” – “Kəpəz”

    Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Tərlan Talıbzadə, Niyaz Əhmədov.

    Məkan: Şamaxı şəhər stadionu.

    19:30 — “Neftçi” – “Sabah”

    Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Vüsal Məmmədov, Emin Əliyev.

    Məkan: “Palms Sports Arena”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR