Azərbaycanın Ermənistana ixracı 23 milyon dolları ötüb

Azərbaycanın Ermənistana bu il üzrə ixracının dəyəri 23 milyon ABŞ dollarını ötüb.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, Azərbaycanın xarici ticarət dövriyyəsi 2026-cı ilin ilk 9 ayında 37 milyard 211 milyon ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,2% artım deməkdir.
Həmin dövrdə Azərbaycanın ixracı 23 milyard 865 milyon dollar, idxalı isə 13 milyard 346 milyon dollar təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac 28,3% artıb, idxal isə 20,4% azalıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.