AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çingiz Abdullayev: Yazıçılarımızın da gələcəkdə əsərlərinə görə qonorar alacaqlarına inanırıq

  • + A
  • - A
  • Bu gün, 11:48

    Çingiz Abdullayev: Yazıçılarımızın da gələcəkdə əsərlərinə görə qonorar alacaqlarına inanırıq


    Azərbaycanda 3 min yazıçı var.

    Bunu Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi Çingiz Abdullayev XI Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimində deyib.

    Onun sözlərinə görə, Azərbaycanda 20 il öncə bu cür beynəlxalq sərgilərin keçiriləcəyi təsəvvürə belə gəlməzdi:

    "Biz inanırıq ki, yazıçılarımız da növbəti mərhələdə yazıb-yaratdıqları əsərlərə görə qonorar ala biləcəklər".

    Xalq yazıçısı həmçinin kitab sənayesinin problemlərinə də toxunub:

    "Təəssüflər olsun ki, bu gün yazıçılarımız öz pulları ilə kitab çap edirlər. Dünyada belə şey yoxdur. Amma zaman gələcək ki, belə olmayacaq, biz dünya standartları ilə uyğunlşacağıq".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR