AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

GƏNCƏ DÖVLƏT MİLLİ DRAM TEATRI 131-Cİ TEATR MÖVSÜMÜNDƏ

  • + A
  • - A
  • Bu gün, 13:42

    GƏNCƏ  DÖVLƏT  MİLLİ  DRAM  TEATRI  131-Cİ  TEATR MÖVSÜMÜNDƏ


    Gəncə Dövlət Milli Dram Teatrının yaradıcı kollektivi ənənəvi məzuniyyət müddətini başa vuraraq 131-ci teatr mövsümünün ilk iş gününə başlayıb. İlk iş günündə hər zaman olduğu kimi yeni mövsümün hazırlıqlarını müzakirə etmək, qarşıda duran yaradıcılıq vəzifələrini müəyyənləşdirmək məqsədilə bir araya gələn yaradıcı kollektivi teatrın direktoru, Respublikanın Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev salamalayaraq 131-ci teatr mövsümündə kollektivə yeni uğurlar arzulayıb.

    Qeyd edək ki, 131-ci teatr mövsümündə yeni səhnə əsərlərinin hazırlanması ilə yanaşı, repertuarda olan tamaşaların nümayişi, gənc aktyorların yaradıcılıq imkanlarının genişləndirilməsi və teatrın tamaşaçı auditoriyasının daha da böyüdülməsi də diqqət mərkəzində olacaq. Belə ki, yeni mövsümdə Elşad Əhmədovun quruluşunda Toyğun Orbayın “İnsanlıq şərəfinə” (tərcümə Elvin Nuri) pyesi eləcə də Telman Hacıyev və Bəşir Səfəroğlunun “Bizə bir xal lazımdır” musiqili liberettosu həmçinin Aleksey Tolstoyun “Buratino” uşaq nağıl tamaşalarının hazırlanması nəzərdə tutulub. Artıq yaradıcı kollektiv növbədənkənar olaraq Qurban Səidin “Əli və Nino” romanı əsasında V. Reznikovanın eyni adlı pyesinin motivlərində Abdulla İsmayılovun (Elşadlı) tərcüməsi olan “Əli və Nino” adlı pyesin üzərində yaradıcılıq işinə başlayıb. Pyesin quruluşçu rejissoru Abdulla Elşadlıdır. Yeni səhnə əsəri oktyabr ayının ikinci ongünlüyündə teatrsevərlərə təqdim ediləçək.

    Gəncə Dövlət Milli Dram Teatrı 131-ci teatr mövsümünə sentyabr ayının 18-də M. F. Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli şah” komediyası ilə start verəçək.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR