AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mövlanə Cəlalləddin Ruminin anım tədbiri və görkəmli ədibə həsr olunan filmin təqdimatını keçirib

  • + A
  • - A
  • 27-12-2023, 17:51

    Mövlanə Cəlalləddin Ruminin anım tədbiri və görkəmli ədibə həsr olunan filmin təqdimatını keçirib

    Türk Mədəniyyəti və İrsi Fondu vəfatın 750 illiyi münasibəti ilə Mövlanə Cəlalləddin Ruminin anım tədbiri və görkəmli ədibə həsr olunan filmin təqdimatını keçirib

    Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası fakültəsi ilə əməkdaşlıq çərçivəsində vəfatının 750 illiyi münasibəti ilə Mövlanə Cəlalləddin Ruminin anlm tədbiri keçirib.
    Tədbirin açılışında çıxış edən fakültə dekanı Mehmet Yüce fakültənin fəaliyyətindən danışıb. O, Mövlanə Cəlaləddin Ruminin əsərləri vasitəsi ilə onun insanlar ötürdüyü bəşəri ismarıclardan söhbət açıb. Türk Mədəniyyəti və İrsi Fondu ilə fakültənin birgə əməkdaşlığının davam edəcəyini vurğulayan M.Yüce Fonda dəstəyinə görə təşəkkürünü bildirib.
    Daha sonra çıxış edən Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı bu cür tədbirlərin önəmindən söz açaraq tələbələrin Mövlanə ədəbi irsindən öyrəndiklərini həyatlarına tətbiqini tövsiyə edib.
    Fondun layihə meneceri Nuri Aksu təşkilatın prezidenti Aktotı Raimkulovanın salamlarını iştirakçılara çatdıraraq təşkilatın fəaliyyətindən bəhs edib. Mövlanə əsərlərinin yaşamaqda davam edən bir mədəni irs olduğunu vurğulayıb.
    Daha sonra Fondun əməkdaşı Fərid Hüseyn “Mövlanə Cəllaləddin Rumi və Azərbaycan ədəbiyyatı” adlı çıxışında səkkiz əsr boyunca görkəmli ədibin irsinə Azərbaycanda olan böyük maraqdan söz açıb.
    Tədbir “Turan" etno-folklor ansamblının konserti ilə davam edib.
    Anım tədbiri “Mövlanə: Eşqin zamanı” adlı sənədli filmin nümayişi ilə yekunlaşıb.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR