AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu gün - dekabrın 28-i dünyada Beynəlxalq Kino Günüdür

  • + A
  • - A
  • 28-12-2023, 09:19

    Bu gün - dekabrın 28-i dünyada Beynəlxalq Kino Günüdür

    Bu gün - dekabrın 28-i dünyada Beynəlxalq Kino Günü kimi qeyd olunur.
    1895-ci il dekabrın 28-də Lui və Oqyust Lümyer qardaşları Parisin Kapusin bulvarındakı kafedə ilk dəfə özlərinin çəkdikləri qısametrajlı filmlərin pullu nümayişini təşkil ediblər və bu tarix dünyada kino günü kimi qeyd edilir.
    Fransada keçirilmiş ilk kinoseansdan 2,5 il sonra isə – 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını” adlı bədii süjetini nümayiş etdirib. Həmin gün isə Azərbaycanda milli kinonun yaranma günü sayılmağa başladı.
    Ötən əsrin əvvəllərində “Pate”, “Pirone”, “Filma” kimi xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul olublar və 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında “Neft və milyonlar səltənətində” filmini çəkiblər.
    1923-cü ildə isə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb və həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb. Burada çəkilən ilk film isə “Qız qalası” bədii filmi olub.
    Azadmedia.az kollektivi kino sektorunda çalışanları təbrik edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR