AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili Məşhur Məmmədov: Şəhid ailələrinin yanında olmaq borcumuzdur və bizim üçün şərəfdir

  • + A
  • - A
  • Dünən, 16:00

    Millət vəkili Məşhur Məmmədov: Şəhid ailələrinin yanında olmaq borcumuzdur və bizim üçün şərəfdir

    Vətən müharibəsində qazandığımız möhtəşəm qələbənin 5-ci ildönümü ərəfəsində şəhidlərimizin əziz xatirəsinə ehtiram göstərmək və onların ailələrinə mənəvi dəstək olmaq ənənə halını alıb. Milli Məclisin deputatı Məşhur Məmmədov bu münasibətlə şəhid ailələrini ziyarət edib.

    Deputat bildirib ki, şəhid ailələrinin yanında olmaq həm borcumuzdur, həm də bundan şərəf duyuruq.
    Bu dəfə YAP Masallı rayon təşkilatının sədr müavini Səfalı Paşayev və köməkçiləri ilə birgə Öncəqala və Öncəqala İnzibati Ərazi Dairəsinə daxil olan Hüseynhacılı kəndlərində I və II Qarabağ müharibəsində canlarını Vətən uğrunda fəda edən qəhrəman şəhidlərin məzarları ziyarət olunub, ailələri ilə görüşlər keçirilib.

    Görüşlər zamanı şəhid ailələrinin üzündə həm qürur, həm də kədər hissləri duyulurdu, çünki qələbədə onların övladlarının da payı var, eyni zamanda, həmin qələbə böyük bir fədakarlığın nəticəsidir.

    Deputat qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğı bu gün hər bir ailənin dilində minnətdarlıqla səslənir.
    Şəhid ailələri də dövlətin diqqət və qayğısından razılıq ifadə edərək, onların müraciətlərinin yerində dinlənilməsindən, ehtiyaclarının qarşılanmasından məmnunluqlarını bildiriblər.

    Məşhur Məmmədov vurğulayıb ki, “bizim üçün bu görüşlər təkcə ənənə deyil, bu, Vətənə borcumuzu ifadə etməyin, şəhid ruhuna ehtiramın ən ali nümunəsidir.”

    Sonda millət vəkili bütün şəhidlərimizə Allahdan rəhmət diləyib, ruhlarının daim şad olmasını arzulayıb.















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR