AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat: “Jirinovski saray təlxəyi kimi siyasi klounluqla məşğuldur”

  • + A
  • - A
  • 2-08-2021, 14:20


    “Jirinovski  siyasətçidən daha çox  keçmiş zamanlardakı saray təlxəklərinə, məzhəkəçilərinə bənzədiyindən, o siyasi kloundur. Jirinovski də gündəmdə qalmaq üçün min bir hoqqadan çıxıb, ağzına gələni danışmaqla məşğuldur. Əgər onun hərəkətlərinə, manerasına,diksiyası, danışığı birmənalı şəkildə dediyimiz fikirləri təsdiqləyir”.

    Bunu “Azadmedia.Az”a açıqlamasında millət vəkili İqbal Məmmədov deyib.

    Onun sözlərinə görə, Azərbaycana, Azərbaycan xalqına, türklərə qarşı nifrəti də ortadadır.  “Bu siyasi kloun zaman-zaman Azərbaycana və Azərbaycan xalqına qarşı təhqiramiz, aşağılayıcı  mövqe sərgiləyib. Onun sonuncu “Komsomolskaya pravda”dakı müsahibəsi də bu qəbildən olan mövqedir. Təlxək yenə də Azərbaycan haqqında başından yekə hərəkətlərə yol verən ifadələr işlədib”- o qeyd edib.

     Deputat əlavə edib ki, Xarici İşlər nazirliyi Jirinovskinin bu açıqlaması ilə bağlı Rusiyaya etiraz notası verməsinə baxmayaraq bu təlxək yenə də susmaq əvəzinə həyasızlığını davam etdirib. “Bir deyim var- üzrü günahından betər. Bax, Jirinovskinin istər müsahibəsi, istərsə də etiraz notasından sonrakı açıqlaması bu, insanın hansı xislətə malik olduğunu ortaya qoyur. Onun bu cür mövqe sərgiləməsi ilk növbədə  Rusiyanın beynəlxalq münasibətlərə sistemindəki nüfuzun və mövqeyinə ciddi xələl gətirir”.

     Deputat onu da əlavə edib ki, Jirinovski  dünyada daha çox "Velikorus şovnizmi"nin təbliğatçısı, bu ideologiyanı sərsəm fikirlərlə yayan şəxs kimi tanınır.  “Jirinovski Rusiyadakı bəzi imperialist təfəkkürlü qüvvələrin imperiyanı yenidən bərpa etmək barədə maraqlarının alovlu təbliğatçısı kimi tanınır. Jirinovski həm də Kremlin rəsmi formada deyə bilmədiyini dilə gətirən şəxs kimi tanınır. Ona görə də bu cür yanaşmalar Rusiyanın beynəlxalq imicinə ciddi zərbə vurur. 

    Onun Azərbaycan işlətdiyi ifadələrə gəldikdə demək olar ki, Rusiyada bəzi qüvvələr dəfələrlə belə cəhdlərə əl atıb. Ancaq hamısı uğursuzluğa düçar olub.  Ötən əsrin 90-cı illərdində Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı istər daxildən, istər xaricdən, istərsə də Ermənistan vasitəsi ilə müxtəlif təhdidlər yaradıldı, ancaq Ulu öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində bütün bu təhlükələr aradan qalxdı, dövlətçilik daha da möhkəmləndi. O zamanlar bu qüvvələr Qarabağda Azərbaycan ordusunu məğlubiyyətlərə düçar etmək, ölkənin şimalında və cənubunda etnik separatizmi qızışdırmaq, daxildən narazı qüvvələri ələ almaq və bununla siyasi böhran yaradaraq imperiyalist məqsədlərinə nail olmaq idi. Amma onların bu planları puça çıxdı.

    Anti-Azərbaycan qüvvələrin bu cür siyasəti cənab Prezident İlham Əliyevin hakimiyyəti dövründə oldu. Lakin yürüdülən məqsədyönlü, cəsarətli və qətiyyətli siaysət nəticəsində bütün bu təhlükələr sovuşduruldu. Azərbaycana qarşı qurulan məkrli niyyətlər iflasa uğradı. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında uğurlara imza ataraq dünyada inkişaf edib, özünəməxsus nüfuzlu ölkələrdən birinə çevrildi.  Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev  beynəlxalq aləmdə dünya səviyyəli lider kimi qəbul olunur və hörmət edilir.
    Məhz belə bir dünya səviyyəli liderin uzaqgörən siyasəti nəticəsində 30 il birbaşa Ermənistanın havadarlarının dəstəyi ilə işğal altında olan Azərbaycan torpaqları işğaldan azad olundu, ərazi bütövlüyü bərpa olundu.  Hamı yaxşı bilir ki, Ermənistan məhz beynəlxalq havadarlarının  dəstəyi nəticəsində  işğal olnmuşdu və işğal altında saxlanılırdı. Azərbaycan prezidenti İlham Əliyevin yürütdüyü müdrik, cəsarətli və qətiyyətli siyasəti nəticəsində bu problem həllini tapdı.

    Bu gün Azərbaycan Ermənistandan fərqli olaraq milli maraqlara xidmət edən müstəqil siyasət yürüdür və təbii olaraq Cənab Prezident tərəfindən yürüdülən siyasət nəinki Azərbaycanın dayanıqlı, davamlı inkişafını təmin edib, beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsinə, nüfuzuunun artmasına xidmət edir, eyni zamanda bütövlükdə  Cənubi Qafqazda dayanıqlı sülhün, sabitliyin təmin olunub, sıx inteqrasiyasına, əməkdaşlığına və inkişafına  xidmət edir. Təbii ki, bu da bəzi xarici qüvvələrin xoşuna gəlmir.  Və onlar bu sözlərini Jirinovski kimi təlxəklər vasitəsi ilə dilə gətirirlər. Amma artıq onlar unudur ki, Azərbaycan o Azərbaycan deyil. Bu gün heç bir qüvvə cənab Prezident İlham Əliyevin Azərbaycanda yaratdığı həmrəyliyi, birliyi poza bilməz. Çünki xalq artıq  kimin kim olduğunu yaxşı bilir. Bu gün Azərbaycan xalqı cənab İlham Əliyevi öz xilaskarı kimi görür və onun rəhbərliyi altında hələ çox uğurlara imza atacağına da varlığıdək inanır. Ona görə də onun ətrafında sıx birləşib.  Azərbaycan xalqı onu da yaxşı bilir ki,  Heydər Əliyev yolu Azərbaycanın inkişaf yoludur və bu yolun da sadiq, layiqli  davamçısı cənab İlham Əliyevdir!”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR