Jirinovski yenə sərsəmlədi - Qarabağ Rusiyaya birləşdirilsin
Ötən gün Rusiya Liberal- Demokrat Partiyasının lideri Vladimir Jirinovski yenidən “orijinal” ideya ilə gündəmə gəlib
Jirinovski bildirib ki, Donbas, Dnestryanı, Abxaziya, Qarabağ və Osetiya kimi münaqişələrin yeganə həlli onların Rusiyaya birləşdirilməsidir.
Jirinovskinin fikrincə, ölkələrin birləşməsi yalnız referendum yolu ilə baş tutmalıdır və keçmiş SSRİ-nin heç bir respublikası bundan imtina etməz.
“ Referendum yolu ilə vahid böyük ölkə. Normal referendumda hamı , o cümlədən Pribaltika SSRİ sərhədlərinə qayıdacaq”-deyə, partiya lideri vurğulayıb.
Politoloq Fikrət Sadıqov A24.Az-a açıqlamasında Jirinovskinin bu fikirlərinə münasibət bildirib. Ulus.Az politoloqun həmin müsahibəsini təqdim edir. PÖolitoloq bunun Jirinovskinin növbəti sarsaq bəyanatıdır və bunu dövlətin fikirlərini əks etdirdiyini düşünmədiyini deyib.
“Amma o yaxşı başa düşür ki, onun düşüncələri rəhbərliyin bir sıra dairələrinin mövqeyi ilə üst-üstə düşür. Kiminsə xoşuna gəlmək üçün bu ifadələri səsləndirir. Rəsmilər daha sağlam düşüncəlidir. Onlar hansısa bir dövləti bərpa etməyin reallığa uyğun olmadığını yaxşı başa düşürlər. Əminəm ki, bunu Kremldə əyləşən siyasətçilər, şəxslər də yaxşı başa düşür. Görünür , Jirinovskinin bu fikirlərini eşitmək kiminsə xoşuna gələ bilər. Bu baxımdan həmin insanlarla mövqeyi üst- üstə düşür”.
Fikrət Sadıqovun sözlərinə görə, 25 ildən sonra Rusiyanın bu fikirdə olması və bunu həyata keçirməsi özlərinə zərbə ola bilər.
“Bilirik ki, Kremldə mülayim dairələr , mötəbil mövqedə olan insanlar var. Orda sərt mövqedə dayanan qruplaşmalar, sərt siyasətin aparılmasını tərəfdarları da az deyil. Biz bunu bilirik. Nəinki bilirik, hətta Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması məsələsində görürük və özümüzə nəticə çıxarırıq. Düşünürəm ki, onlar Moskvanın, Kremlin, rəhbərliyin fikirlərinə müəyyən təsir göstərsə də, hələlik aparıcı rol oynamır. Əsas rəhbərlik bu yolla gedərsə çox sayda şəhid verəcəyini və qan töküləcəyini başa düşür”.
Politoloq əlavə edib ki, müstəqillik uğrunda, bütün respublikalar mübarizə aparıb, qan töküb və şəhid verib. Əgər Jirinovski hesab edirsə ki, respublikalar yenidən imperiya çərçivəsində, quberniya , əyalət şəklində fəaliyyət göstərə bilər bu başqa məsələ.
“Amma bu real deyil axı. Hansı respublika gedib özünü bir əyalət kimi Sovel İttifaqına könüllü şəkildə daxil etməyə razı olacaq? Bu absurd bəyanatlardır. Sovet İttifaqı, Rusiya imperiyası dövründə Dağlıq Qarabağ Azərbaycana məxsus olub. Qarabağ xanlıq olanda da orda azərbaycanlılar yaşayırdı. Ermənistanın ora heç bir aidiyyatı yoxdur. Münaqişənin həlli üçün Sovet İttifaqının bərpasına ehtiyac yoxdur”.