Çeçenistan rəhbəri Ramzan Kadırov ABŞ-ın keçmiş prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə son görüşünə münasibət bildirib. Onun sözlərinə görə, Tramp rəsmi danışıqlar bəhanəsi ilə əslində sadəcə olaraq Putinlə görüşmək istəyib.
Azadmedia az xəbər verir ki, Kadırov “RIA Novosti”yə müsahibəsində deyib ki, Tramp uzun illərdir Putinə böyük simpatiya bəsləyir:
>“Ümumiyyətlə, mən hesab edirəm ki, Tramp Vladimir Vladimiroviçin çoxdan bəri fanatı və pərəstişkarıdır. O, bu gün sözün əsl mənasında yeganə dünya lideridir. Digər dövlət başçıları da onunla görüşməyi arzulayır”, – Kadyrov bildirib.
Onun sözlərinə görə, Tramp danışıqlar adı altında öz vəzifə mövqeyindən istifadə edərək Putinlə şəxsi təmas qurmağa çalışıb.
Xatırladaq ki, avqust ayında Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp son yeddi ildə ilk dəfə tamformatlı görüş keçiriblər. Sammit Alyaskadakı Elmen-dorf-Riçardson hərbi bazasında baş tutub. Tərəflər “əhəmiyyətli irəliləyiş” barədə bəyanat versələr də, heç bir rəsmi saziş imzalanmayıb.
Görüşdə Ukraynadakı münaqişənin dayandırılması, nüvə silahlarına nəzarət perspektivləri, həmçinin iqtisadi və təhlükəsizlik sahəsində ikitərəfli əlaqələrin bərpası müzakirə olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.