AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp Putindən ümidini kəsdi, Rusiyanı “kağız pələng” adlandırdı

  • + A
  • - A
  • Bu gün, 06:51

    Tramp Putindən ümidini kəsdi, Rusiyanı “kağız pələng” adlandırdı


    ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə və görüşdən sonra verdiyi açıqlamalar onun Ukrayna məsələsində mövqeyinin dəyişdiyini göstərir.

    Tramp bəyan edib ki, Rusiya ciddi iqtisadi böhran içindədir və onun iqtisadiyyatı dağılmaq üzrədir. O, Rusiyanı “kağız pələng” adlandıraraq bildirib ki, Ukrayna Avropa və NATO-nun dəstəyi ilə zamanla və səbrlə bütün ərazilərini geri qaytara bilər.

    ABŞ Prezidenti Ukraynanı “böyük ruha sahib ölkə”, ukraynalıları isə “cəsur və mərd xalq” adlandırıb. O, Zelenskini ağır mübarizəyə başçılıq edən “mərd insan” kimi xarakterizə edib. Bundan əlavə, Tramp NATO ölkələrinə çağırış edərək onların hava məkanını pozan Rusiya təyyarələrini vurmalı olduqlarını vurğulayıb.

    Politoloq Şahin Cəfərli qeyd edir ki, Trampın mövqeyindəki bu dəyişiklik həm simvolik, həm də praktik əhəmiyyət daşıya bilər. Onun fikrincə, ABŞ liderinin açıqlamaları Rusiyanın beynəlxalq imicinə təsir göstərir və NATO daxilində daha sərt addımlar müzakirə oluna bilər. Lakin hələlik bu sözlərin praktik nəticələr verib-verməyəcəyi sual altındadır.

    Zelenski isə görüşdən sonra Trampın əlində vacib məlumatların olduğunu bildirərək, görüşün “çox yaxşı keçdiyini” söyləməklə kifayətlənib.

    Politoloq Cəfərli hesab edir ki, əsas məqam bundan sonra baş verəcək proseslərdir: “Gözləmək lazımdır, görək bu açıqlamalar konkret addımlarla müşayiət olunacaq, yoxsa sadəcə siyasi bəyanat olaraq qalacaq”.

    Məqalə politoloq Şahin Cəfərlinin sosial media hesabından götürülüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR