Masallıda “Çəltik və Düyü festivalı” keçirildi
Bu gün Masallıda ənənəvi “Çəltik və Düyü festivalı” keçirilib.
Tədbirdə millət vəkilləri Məşhur Məmmədov və Cavanşir Paşazadə, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Anar müəllim, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Festival çərçivəsində çəltik və düyü məhsulları, kənd təsərrüfatı texnikaları, yerli istehsal nümunələri, el sənətkarlığı və məktəblilərin əl işləri sərgilənib.
Millət vəkili Məşhur Məmmədov çıxışında bildirib ki, Masallının zəhmətkeş insanlarının əməyini və bölgənin kənd təsərrüfatı potensialını əks etdirən bu cür tədbirlər olduqca əhəmiyyətlidir:
“İnanıram ki, kənd təsərrüfatının inkişafına töhfə verən bu kimi təşəbbüslər davamlı olacaq”, – deyə deputat qeyd edib.