Anım mərasimi çərçivəsində Milli Məclisin deputatı Məşhur Məmmədov Masallının Tüklə kəndində olub. O, kənd sakinləri və şəhid ailələri ilə birlikdə 1-ci və 2-ci Qarabağ müharibəsi şəhidlərinin uyuduğu məzarlığı ziyarət edib, qəhrəman Vətən övladlarının məzarları önünə gül düzüb və xatirəsini ehtiramla yad edib.
Deputat vurğulayıb ki, Vətən uğrunda canından keçən hər bir şəhid xalqımız üçün qürur mənbəyidir:
“Onların qəhrəmanlığı gələcək nəsillər üçün əbədi örnək olacaq. Hər bir şəhidimizin ailəsinə diqqət və qayğı göstərmək bizim ən ümdə vəzifəmizdir.”
Məşhur Məmmədov Masallının hər bir şəhid ailəsinə fərdi yanaşaraq onların sosial vəziyyəti, ehtiyac və problemləri ilə maraqlanıb, qayğılarının həlli istiqamətində dəstəyini ifadə edib.
Deputat qeyd edib ki, dövlətimizin şəhid ailələrinə diqqət və qayğı siyasəti daim davam etdiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.