AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran və ABŞ 12 günlük müharibədən əvvəl razılığa gələ bilər - Abbas Arakçi

  • + A
  • - A
  • Dünən, 22:55

    İran və ABŞ 12 günlük müharibədən əvvəl razılığa gələ bilər - Abbas Arakçi

    İran Xarici İşlər Nazirliyi Tehran və Vaşinqtonun nüvə sazişi bağlamağa yaxın olduğunu, lakin 12 günlük müharibənin buna mane olduğunu bildirib.
    İranın diplomatiya rəhbəri Abbas Arakçi deyib ki, Tehran və Vaşinqton İranın nüvə problemi ilə bağlı razılaşma əldə etməyə yaxındırlar, lakin İsrailin başladığı hərbi əməliyyat bu planları ləğv edib. 

    “Əgər ABŞ prezidenti (Donald Tramp – red.) həmsöhbətimizin qeyd etdiyi həmin danışıqların protokollarına baxsaydı, İranla yeni və tarixi nüvə sazişini qeyd etməyə nə qədər yaxın olduğumuzu görərdi” - deyən Arakçinin sözlərinə görə, Təl-Əviv Donald Trampı İrana qarşı hərbi əməliyyata başlamağa razı sala bilib. Eyni zamanda, İsrailə İrana hücum etmək üçün əsas verən kəşfiyyat məlumatları İslam Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri tərəfindən yalan adlandırılıb.

    Arakçinin qeyd etdiyi kimi, İsrail İran ətrafında mənfi informasiya fonu yaratmaqda davam edir, lakin ABŞ-da yəhudi dövlətinin iştirakı ilə hərbi münaqişələrdən “artıq yorulub”. 

    İran Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, nüvə probleminin həlli yolu yalnız diplomatik müstəvidə keçir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR