AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ceyhun Bayramov Omanın Kral Ofisinin naziri ilə görüşüb

  • + A
  • - A
  • Bu gün, 10:08

    Ceyhun Bayramov Omanın Kral Ofisinin naziri ilə görüşüb

    Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Omana səfəri çərçivəsində bu ölkənin Kral Ofisinin naziri General Sultan bin Məhəmməd əl-Nomani ilə görüşüb. Bu barədə Azərbaycan XİN başçısı "X"də yazıb.

    Bildirilib ki, görüş zamanı Azərbaycan–Oman əlaqələrinin dərinləşdirilməsi ilə bağlı səmərəli fikir mübadiləsi aparılıb, ticarət, investisiya, turizm, təhsil və humanitar sahələrdə əməkdaşlığın əhəmiyyətini vurğulanıb.

    Həmçinin dialoqun və yüksək səviyyəli təmasların genişləndirilməsinin, eləcə də BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyi qeyd edilib. Cari regional vəziyyət də müzakirə mövzusu olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR