Dubayda ilk kommersiya hava taksisinin istifadəyə verilməsi 2026-cı ilə planlaşdırılır. Uçuşların təşkili üçün vertolyot meydançalarının tikintisi davam edir. Bu barədə NBC kanalı məlumat verir.
Amerikan şirkəti Joby Aviation Inc. Uber ilə əməkdaşlıq çərçivəsində 2026-cı ildə Dubayda ilk hava taksisini istifadəyə verməyi planlaşdırır. 16 ildir ki, şirkət altı pərvanə ilə təchiz olunmuş, 4 sərnişinə qədər yerləşə bilən və saatda 320 km-ə qədər sürət inkişaf etdirə bilən SUV ölçüsündə elektrikli uçan aparat hazırlayır.
NBC-nin məlumatına görə, "səyahət"in dəyəri ən bahalı Uber Black tarifinə bərabər olacaq. Aerotaksi sifariş etmə prosesi adi haldan fərqlənməyəcək. Lakin, bu cür nəqliyyat yalnız xüsusi platformalar - vertolyot meydançaları ilə qalxıb-enə biləcək. Onlara gedərkən adi Uber taksisi ilə hərəkət edəcək. Amerika telekanalının məlumatına görə, Dubayda artıq dörd belə platformanın tikintisi aparılır. Onlardan biri Əl-Məktum Beynəlxalq Hava Limanında yerləşəcək. Hava taksisi ilə hava limanından Dubayın mərkəzinə 45 dəqiqəlik "səyahət" on dəqiqə çəkəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.