Gürcüstan Xarici İşlər Nazirliyi Aİ-nin insan hüquqları üzrə iclasını qeyri-müəyyən müddətə təxirə salmaq qərarını tənqid etdi və bunun Avropa İttifaqının Tbilisinin fikrini eşitmək istəməməsi olduğunu bildirdi.
Gürcüstan mediası yazır ki, Gürcüstanın xarici siyasət departamenti Brüsselin insan hüquqları məsələləri üzrə Gürcüstanla dialoqu qeyri-müəyyən müddətə təxirə salmaq qərarına reaksiya verdi.
Gürcüstan Xarici İşlər Nazirliyi bu qərarı tənqid edərək bildirib ki, bu, Aİ-nin Gürcüstanın fikrini dinləmək istəməməsinin təzahürüdür.
Xatırladırıq ki, insan hüquqları məsələləri üzrə Aİ ilə Gürcüstan arasında görüş bu ilin 21 noyabrında Brüsseldə keçirilməli idi. Hüquq məsələsində Avropa Komissiyasının nümayəndəsi Anitta Hipper görüşün "Gürcüstan tərəfinin maneələri səbəbindən" qeyri-müəyyən müddətə təxirə salındığını bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.