AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

YAP-ın yaranması zamanın tələbi idi

  • + A
  • - A
  • Bu gün, 18:53

    YAP-ın yaranması zamanın tələbi idi


    Zaur Muradov,
    YAP İsmayıllı rayon təşkilatının sədri

    1992-ci il 21 noyabr Azərbaycanın siyasi tarixində dönüş nöqtəsi kimi yadda qalıb. Məhz həmin gün Ümummilli Lider Heydər Əliyevin ideyaları və xalqın iradəsi əsasında Yeni Azərbaycan Partiyasının təsis olunması, müstəqilliyini yenicə bərpa etmiş, xaos və parçalanma təhlükəsi ilə üz-üzə qalmış ölkənin nicat yoluna çevrildi. YAP-ın yaranması sadəcə yeni bir siyasi təşkilatın meydana çıxması deyil, dövlətin xilasında, sabitliyin bərqərarında və müasir inkişaf modelinin formalaşdırılmasında tarixi məsuliyyətin öz üzərinə götürülməsi idi.

    1990-cı illərin əvvəllərində ölkədə siyasi böhran, daxili çəkişmələr, idarəetmədə səriştəsizlik, iqtisadi tənəzzül hökm sürürdü. Xalq bu gedişata “dur” demək üçün yeni, məsuliyyətli, dövlətçilik missiyasını daşıyan gücə ehtiyac duyurdu. Naxçıvanda keçirilən təsis konfransı məhz bu tarixi ehtiyacın nəticəsi idi. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə YAP qısa müddətdə ölkənin aparıcı siyasi qüvvəsinə çevrildi, dövlətçiliyin xilası üçün əsas dayağa döndü.

    Ulu Öndər Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən xilas etdi, konstitusiya quruluşunu bərpa etdi, iqtisadi və siyasi islahatları başlatdı, cəmiyyətə sabitlik hissi qaytardı. YAP bu tarixi missiyanın həm ideoloji, həm siyasi, həm də təşkilati sütunu oldu.

    Bu gün Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə tamamilə yeni mərhələyə qədəm qoyub. Müasir YAP artıq təkcə ölkənin ən böyük siyasi təşkilatı deyil, Azərbaycanda sosial-siyasi şüurun formalaşmasında qlobal trendlərlə ayaqlaşan, institusionallaşmış, yenilənmiş bir siyasi platformadır.

    YAP-ın müasir dövrdə mühüm töhfələrinə nəzər salanda Qarabağ Zəfəri yada düşür. Bu, dövlətçilik ideologiyasının ən böyük uğurudur.
    Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində torpaqlarımız işğaldan azad edildi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu uğurun siyasi-ideoloji dayağı YAP-ın dövlətçilik xəttidir.
    İnkişaf edən iqtisadiyyat, güclənən dövlət də YAP-ın tövhəsidir.
    Son 20 ildə Azərbaycanın iqtisadi göstəriciləri dəfələrlə artıb, ölkə regional liderə çevrilib, enerji təhlükəsizliyinin qlobal təminatçıları sırasında yer alıb.

    İdarəetmə modeli yenilənib, şəffaflıq, səmərəlilik və sosial rifah meyarları gücləndirilib.
    Postmünaqişə dövründə quruculuq da YAP üçün prioritetdir.
    Azad edilmiş ərazilərdə “Böyük Qayıdış”ın reallaşması YAP-ın dövlətçilik xəttinin sosial mahiyyətini göstərir.

    YAP bu gün siyasi sistemin əsas koordinasiya mərkəzidir, ölkədə sağlam siyasi mühitin təşəbbüskarıdır.

    Partiyanın təşəkkülü xalqın iradəsi, yüksəliş mərhələsi isə milli liderlərin uzaqgörənliyi ilə bağlıdır. YAP bu gün təkcə siyasi təşkilat deyil, Azərbaycanın gələcək strateji inkişaf modelini müəyyənləşdirən gücdür. Onun gücü həm ideologiyasından, həm də Prezident İlham Əliyevin liderliyindən qaynaqlanır.

    Bugünkü YAP dövlətçilik ənənələrinə sadiq, modern siyasətə açıq, innovativ idarəetməni prioritet götürən milli siyasi platformadır. Azərbaycanda sabitliyin, inkişafın və qlobal nüfuzun arxasında dayanan ideoloji dayaqlardan biridir.

    YAP-ın yaranmasının 33-cü ildönümü Azərbaycanda dövlət quruculuğu prosesinin təkamülünə daha bir nəzər salmaq üçün mühüm tarixi fürsətdir. Bu yol Heydər Əliyevin uzaqgörənliyindən başlayaraq, Prezident İlham Əliyevin müasir liderliyi ilə yeni inkişaf mərhələsinə yüksəlib. Yeni Azərbaycan Partiyası bu gün də öz missiyasını qətiyyətlə davam etdirir. Güclü dövlət, daha rifahlı cəmiyyət və daha parlaq gələcək üçün xidmət etmək amalımızdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR