AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Regionda yaranan yeni reallıqlar fonunda müsbət addımlar atılır.

  • + A
  • - A
  • 5-02-2026, 19:34

    Regionda yaranan yeni reallıqlar fonunda müsbət addımlar atılır.

    Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidəki ikitərəfli görüş regionda sülh gündəliyinin vacib mərhələyə keçdiyinən xəbər verir. Tərəflər görüş zamanı ABŞ Prezidenti Donald Trampın ev sahibliyi və şahidliyi ilə Vaşinqtonda keçirilmiş Sülh Sammitindən sonra əldə edilən razılaşmaları alqışlayıb.

    Regionda yaranan yeni reallıqlar fonunda müsbət addımlar atılır. Xüsusilə ticarət və tranzit sahəsində atılan addımlar normallaşmanın aktiv müstəviyə keçdiyini göstərir. 2025-ci ilin dekabrından başlayaraq Azərbaycandan Ermənistana neft və taxıl məhsulları tədarük olunmağa başladı. Proses mərhələli formada davam edir. Eyni zamanda, üçüncü ölkələrdən Ermənistana taxıl və digər malların Azərbaycan ərazisindən tranziti həyata keçirilir.

    Bu proseslər illərlə davam edən blokada və qarşılıqlı etimadsızlıq fonunda ciddi dönüş nöqtəsi hesab olunur.

    Ümumilikdə siyasi normallaşmanın ardınca iqtisadi əlaqələr genişlənməyə başladı. Heç şübhəsiz ki, TRİPP layihəsinin gerçəkləşməsi istiqamətində görülən işlər gələcəkdə əlaqələrin inkiafının miqyasını daha da genişləndirə bilər

    Tərəflər arasında sülh istiqamətində atılan addımlardan biri də vətndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərinin gerçəkləşməsidir. Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin daimi bərqərar olması üçün etimad quruculuğu tədbirlərinin sayının artması da müsbət addım kimi dəyərləndirilir. Tərəflər arasında siyasi və diplomatik danışıqlar davam etsə də xalqların və cəmiyyətlərin bir-birinə qaynayıb qarışması sülh və etimad istiqamətində vacib məqamlardır. Bu istiqamətdə atılan addımlar onu deməyə əsas verir ki, Bakı və İrəvan arasında sülh təkcə tərəflər arasında deyil, həm də vətəndaş cəmiyyətləri arasında möhkəmlənir.

    Əbu-Dabi görüşü Azərbaycan–Ermənistan münasibətlərində yeni mərhələnin başlanğıcı hesab edilə bilər. Çünki sülh təkcə masada müzakirə mövzusu deyil, həm də real sınaqdan çıxan prosesə çevrilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR