AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat: “Media ilə xüsusi əlaqəm yoxdur, fəaliyyətim işıqlandırılır”

  • + A
  • - A
  • Bu gün, 20:51

    Deputat: “Media ilə xüsusi əlaqəm yoxdur, fəaliyyətim işıqlandırılır”

    Milli Məclisin deputatı Naqif Həmzəyev media ilə bağlı səsləndirilən iddialara Facebook səhifəsində münasibət bildirib.
    Deputat qeyd edib ki, Azərbaycanda media azaddır və hər bir xəbər portalı öz redaksiya siyasətini müstəqil şəkildə müəyyən edir. Onun sözlərinə görə, fəaliyyəti, çıxışları və ictimai təşəbbüsləri ölkənin yüzlərlə müxtəlif xəbər portalında, o cümlədən nüfuzlu televiziya və radiolarda müntəzəm olaraq işıqlandırılır.

    Naqif Həmzəyev vurğulayıb ki, bu, hər hansı media qurumu ilə xüsusi əlaqənin deyil, aktiv siyasi fəaliyyətin nəticəsidir. O bildirib ki, daha çox Gəncə şəhəri ilə bağlı məsələlərə toxunduğu üçün bu mövzuların “Gəncəxəbər” saytı tərəfindən diqqətdə saxlanılması təbiidir:

    “Onlara mənimlə bağlı xəbərləri tirajlamağı qadağan edə bilmərəm”.

    Deputat əlavə edib ki, onun əsas vəzifələrindən biri seçicilərə xidmət etmək, Gəncənin problemlərini səsləndirmək və onların həllinə kömək göstərməkdir:

    “Bunu həmişə etmişəm və etməyə də davam edəcəyəm. Hər kəsi əsassız fərziyyələr əvəzinə konkret faktlara inanmağa çağırıram”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR