AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tokayev Qazaxıstan parlamentinin spikeri vəzifəsinə sabiq prezident administrasiyası rəhbərini namizəd göstərdi

  • + A
  • - A
  • Bu gün, 11:39

    Tokayev Qazaxıstan parlamentinin spikeri vəzifəsinə sabiq prezident administrasiyası rəhbərini namizəd göstərdi

    Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin yeni birpalatalı parlamentinə – Qurultaya sədr vəzifəsinə “Ədalət” Partiyasının lideri Aybek Dadabayın namizədliyini irəli sürüb.

    Təklif parlamentin ilk sessiyasının açılışında səsləndirilib. Tokayev bildirib ki, Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq Qurultayın sədrliyinə namizəd təqdim edir və bu vəzifəyə Aybek Dadebayı təklif edir.

    “Yüksək məsuliyyəti dərk edərək, bu vəzifəyə Aybek Dadebayın namizədliyini irəli sürürəm”, – deyə Qazaxıstan Prezidenti bildirib.

    Aybek Dadabay “Adalət” Partiyasına yalnız 2026-cı ilin mayından rəhbərlik etsə də, onun dövlət idarəçiliyində böyük təcrübəsi var.

    46 yaşlı siyasətçi daha əvvəl Qazaxıstan Prezident Administrasiyasının rəhbəri, Prezident İşlər İdarəsinin rəhbəri və həmin qurumun rəhbərinin müavini vəzifələrində çalışıb.

    “Ədalət” Partiyası yeni parlamentdə ən çox mandat əldə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR