ABŞ İranla bağlı sanksiyalar siyahısını növbəti dəfə genişləndirib. Yeni məhdudiyyətlər bu dəfə Honq-Konqda qeydiyyatdan keçmiş Çin şirkətinə və BƏƏ-də yaşayan İran vətəndaşına şamil olunub.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) İranla əlaqəli yeni sanksiyalar tətbiq edib.
Sanksiya siyahısına Honq-Konqda qeydiyyatdan keçmiş Kameng Trading Ltd adlı Çin şirkəti daxil edilib.
Bundan başqa, Birləşmiş Ərəb Əmirliklərində yaşayan İran vətəndaşı da ABŞ-ın məhdudiyyətlərinə məruz qalıb.
Vaşinqtonun bu addımı İranla əlaqəli fəaliyyətlərə qarşı tətbiq etdiyi iqtisadi təzyiq siyasətinin davamı kimi qiymətləndirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.