Ülvi Quliyevin rəhbərliyi ilə 300-ə yaxın karateçinin iştirakı ilə genişmiqyaslı seminar keçirildi

Azərbaycan Karate Federasiyasının genişmiqyaslı texniki seminarı keçirilib
Azərbaycan Karate Federasiyasının Prezidenti, Milli Məclisin deputatı Ülvi Quliyevin rəhbərliyi ilə dənizkənarı ərazidə genişmiqyaslı texniki seminar keçirilib.
Seminarda Azərbaycan Karate Federasiyasının rəhbərliyi ilə yanaşı, ölkənin müxtəlif regionlarını təmsil edən 300-ə yaxın idmançı, məşqçi və qara kəmər sahibi iştirak edib.
Tədbirin əsas məqsədi karateçilərin peşəkarlıq səviyyəsinin artırılması, vahid metodiki yanaşmanın formalaşdırılması, eləcə də karate idman növünün ölkə üzrə daha geniş təbliği və inkişafına töhfə vermək olub.
Seminar çərçivəsində iştirakçılara texniki və metodiki istiqamətlər üzrə təlimlər keçirilib, onların nəzəri və praktiki biliklərinin artırılmasına xüsusi diqqət yetirilib.
Keçirilən seminar Azərbaycan karateçilərinin hazırlıq səviyyəsinin yüksəldilməsi və idmanın inkişafı istiqamətində həyata keçirilən tədbirlərin davamı kimi qiymətləndirilir.


















Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.