Gürcüstandan 83 əcnəbi deportasiya edilib

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi tərəfindən 83 əcnəbi ölkədən deportasiya olunub.
Bu barədə Gürcüstan DİN məlumat yayıb.
Qeyd edilib ki, deportasiya edilən şəxslər arasında Azərbaycan, Türkmənistan, Türkiyə, Rusiya, Efiopiya, Misir, İraq, Hindistan, Burundi, Pakistan, Keniya, Bolqarıstan, Banqladeş, İordaniya, Nigeriya, Ermənistan, Özbəkistan, Çin və digər ölkələrin vətəndaşları yer alıb.
Qanunvericiliyə əsasən, deportasiya olunan şəxslərin Gürcüstana təkrar girişinə qadağa qoyulub.
Nazirlikdən bildirilib ki, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə davam etdirilir. Cari il ərzində artıq 3 mindən çox şəxsin ölkədən çıxarıldığı açıqlanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.