AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Serbiya mətbuatında, Azərbaycanın haqlı mövqeyinə həsr olunmuş silsilə xəbərlər işıqlandırılır

  • + A
  • - A
  • 12-10-2020, 12:30

    Serbiya mətbuatında, Azərbaycanın haqlı mövqeyinə həsr olunmuş silsilə xəbərlər işıqlandırılır


    AzadMedia.az
    xəbər verir ki, Serbiyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə ölkə mətbuatında, Azərbaycanın haqlı mövqeyinə həsr olunmuş silsilə xəbərlər dərc edilib.

    Belə ki, Diasporla İş üzrə Dövlət Komitəsindən əldə olunan məlumata görə, bu xəbərlərdə Qarabağın Azərbaycanın əzəli torpağı olması, BMT və Avropa Birliyinin işğalçı Ermənistan ordusunun işğal olunmuş torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılması barədə qətnamə və qərarları, ölkəmizin özünümüdafiə və ərazibütövlüyü hüquqlarını həyata keçirdiyi, Ermənistan ordusunun cəbhədən cox uzaqda olan şəhər və rayonlarımıza raket zərbələri endirməsi, mülki azərbaycanlılar arasında ağır itkilərə səbəb olması barədə ətraflı məlumatlar verilib.

    Qeyd edək ki, Serbiya mediası Azərbaycan Prezidenti İlham Əliyevin, eləcə də Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyevin Azərbaycan TV-lərinə və xarici ölkələrin müxtəlif telekanallarına müsahibələrində səsləndirdiyi açıqlamalara geniş yer verib.

    Nəzərinizə çatdıraq ki, xəbərləri aşağıdakı linklərdən ətraflı oxumaq olar:

    https://www.danas.rs/svet/hadzijev-napadi-jermenije-predstavljaju-grubo-krsenje-medjunarodnog-humanitarnog-prava

    http://www.politika.rs/scc/clanak/463500/Azerbejdzanski-predsednik-Turski-avioni-F-16-ne-ucestvuju-u-borbama-oko-Nagorno-Karabaha


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR