AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şair Alxasovun ŞÜBHƏLİ TENDER ORTAQLARI

  • + A
  • - A
  • 1-03-2021, 14:20


    2020-cu ildə Qusar rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 2 milyon 085 min 086 manat məbləğində 27 tender keçirilib.İcra hakimiyyəti 11 tenderə 1 milyon 424 min 996 manat xərcləyib.
    Qusar Rayon Icra Hakimiyyətinin keçirdiyi ən böyük 2 tenderi bir şirkət udub. Bele ki, “EVEREST TİKİNTİ” MMC dəyəri 588 min 654 manat və 539 min 098 manat olan 2 tenderin qalibi olub.

    Qusar rayon mərkəzi xəstəxanası ümumi məbləği 218 min 873 manat olan 7 tender müsabiqəsi keçirib. CilinC Medical MMC və ART POINT REKLAM MMC hərəsinə 2 dəfə olmaqla mərkəzi xəstəxananın tenderlərini qazanıblar. Şirkətlərin qazandığı tenderlərin məbləği müvafiq olaraq 84 min 237 manat və 63 min 214 manatdır.

    Qusar Kommunal Müəssisələri Kombinatının keçirdiyi 5 tenderin 4-nün qalibi Verdixanov Mübariz Eygün olmuşdur. Qusar Kommunal Müəssisələri Kombinatı fiziki şəxsə 59 min 330 manat ödəyəcək.

    Qusar Suvarma Sistemləri İdarəsi 3 tenderə 348 min 649 manat xərcləyib. Keçirilən hər 3 tenderin qalibi “SONA” MMC olmuşdur. Dövlət Qurumu şirkətə cəmi 348 min 649 manat ödəyəcək.

    Bu şirkətlərin hər biri ilə bağlı yetərincə neqativ materiallar yayılsa da, nədənsə Qusarın RİH başçısı hələ də köhnə ortaqlarından vaz keçmək fikrində deyil…
    Ülviyyə
    Şair Alxasovun ŞÜBHƏLİ TENDER ORTAQLARI


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR