AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AMEA-nın əməkdaşı : "Yeni dünyanın ayaq səsləri” - Özəl

  • + A
  • - A
  • 25-10-2021, 22:23



    Yeni dünyanın ayaq səsləri.

    Yasəmən Qaraqoyunlu, AMEA-nın əməkdaşı

    Dəyərli dostlar, dünən yeni dünyanın ruhunu, yeni düşüncənin səsini duydum.

    Tarixin ruhunu duymaq idrakın və düşüncənin həzzidir.

    Dünən Sevinc Osmanqızı ilə Türkiyə diplomatı Turqut Ərin müsahibəsinə baxdım. Aldığım təəssüratı sizinlə paylaşıram.

    Bu müsahibə Kölə Ruhla-Azad Ruhun qarşılaşması idi.

    Kölə Ruh deyirdi - Türkiyə Avropa Şurasının qərarlarını yerinə yetirməlidir. Türkiyənin NATO ölkələrinin səfirlərini ölkədən çıxarması doğru deyil. Türkiyə ABD, İsveç, Norveç, Almaniya, Fransa dövlətlərinin qərarlarını yerinə yetirməlidir, buna məcburdur. İnsan haqları heç bir ölkənin daxili işi deyil...

    Azad Ruh deyirdi - Türkiyə böyük dövlətdir. Türk Milləti böyük millətdir. Türkiyənin üzv olduğu təşkilatlar Türkiyəyə sayğı göstərməlidir. Avro-Atlantika, NATO bloku Əfqanıstanda, Suriyada, Qarabağda, Kərkükdə, Afrikada, İraqda...İnsan haqlarını pozmuş, milyonlarla insanı qətl etmişlər. Avro-Atlantika tarixi Asiyada, Afrikada, Amerikada, Avstraliyada Türk İslam dünyasında milyonlarla insanların qətliama uğradılması, sömürgələşmə, qul ticarəti, müstəmləkə tarixidir. İnsan haqları ideyası Avro- Atlantik blokun yayılmaçılıq və işğalçılıq, sömürgə aracıdır.

    Azad Ruh deyirdi. Dünya Avro-Atlantikadan, NATO - dan böyükdür.

    Mən isə deyirəm. Kartaca və Hannibal Roma üçün nə idisə, Türkiyə və Ərdoğan Avro-Atlantik NATO bloku üçün odur. Türkiyə bu bloku çözəcəkdir. Türkiyə var olmaq üçün bu bloku çözmək zorundadır. Bu blok Türkiyəni parçalamaq üçün Türkiyənin cənub şərqində-Suriyada 150 min PKK ordusunu silahlandırıb Türkiyəyə savaş açmışdır. Bu blok Türkiyəni saxta erməni soyqırımı iddiası ilə suçlamaqla, Ermənilərin Türkiyə və Azərbaycan torpaqlarını işğal etməsini dəstəkləməklə həddini aşmışdır. Bu blok 30 ildir PKK vasitəsi ilə Türkiyə ilə savaşmaqdadır. Türkiyə tarixi Avropa ilə qarşıdurma tarixidir. Türkiyə İslam şərqini Avropadan qoruyan gücdür.

    Türkiyə Dünyanı bu blokun kürəsəl hegemoniyasından qurtarmalıdır.Türkiyə ədalət anlayışına əsaslanan yeni bir dünya, yeni hüquq, yeni kürəsəl sistem qurmağın liderliyini edəcəkdir.

    Avro- atlantika mədəni Avropa və barbar dünya qavramı ilə dünyadakı ədaləti və harmoniyanı pozmuşdur. Avropadan kənarda olan digər mədəniyyətlərə yaşamaq haqqı tanımamaqdadır.

    Avro-Atlantik mədəniyyətin və kürəsəl düzəninin hegemonluq çağı bitməkdədir.

    Bu blok Osmanlını, Türk İslam dünyasını çökdürmüşdü ya, Türkiyənin dünya 5 dən böyükdür sloqanı da Avro-Atlantikanın çözülməsinə zəmin hazırlayan düşüncə, baxış acısıdır. Dünya 5- dən böyükdür fikri Avro-Atlantikanın kürəsəl hegemoniyasının, bu ədalətsiz və qeyri insani düzənin çöküşünün başlandığını bütün dünyaya hayqıran bir səs, bir fikirdir. Bütün dünya Türkiyəni dəstəkləyəcəkdir. Bütün dünya yaşamaq haqqına sahibdir. Bütün dünya var olmaq üçün Avro-Atlantika hegemonoyası və uluslararası düzənə qarşı mübarizəyə başlayacaqdır.

    Dəyərli dostlar, yeni dünyanın, yeni kürəsəl sistemin, yeni fəlsəfənin, yeni düşüncənin ayaq səslərini eşidirəm. Yeni dünya bütün sivilizasiyaların, xalqların, dinlərin, insanların bərabər, harmoniya içində yaşayacağı ədalətli dünya olacaqdır. Yeni dünya hər kəsin yaşamaq haqqını tanıyan dünya olacaqdır.

    P.S. Azərbaycanda və Türkiyədə, hətta bütün orta doğuda düşüncələri, fəlsəfələri, aydınları, siyasi liderləri və medya qurumlarını iki qrupa bölmüşəm. Öz milli mədəniyyətini və tarixini- dərk edərək "Mən" idrakını formalaştıranlar. Öz milli tarixi Mənini itirib Batı qarşısında Halünasiyaya uğrayanlar, "Mən"

    idrakı olmayanlar. Halünasiya -tibbi termin olub özü özünə özgələşmə, dəyişmə, aşınma, yozlaşma, öz mahiyyətini itirmə, "Mən" idrakını itirmə, manqurtlaşma anlamını ifadə edir.

    Toplum Milli Şəxsiyyəti və Varlığı ifadə edən "Mən" idrakını təmsil etməyən siyasi lideri, aydını, partiyanı və medya quruluşlarını dəstəkləyirsə o toplumun tarixi, ömrü bitmişdir, o toplum assimilyasiyaya uğramışdır deməkdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR