Ailə, Uşaq və Qadın Problemləri Dövlət Komitəsinin sözçüsü Teymur Mərdanoğlu küçəyə atılan uşaqla bağlı sosial media hesabında paylaşım edib. Azadmedia.az T.Mərdanoğlunun paylaşımını təqdim edir:
"Ötən gün küçədən tapılan körpənin vəziyyəti ilə bağlı narahatlığınıza görə, hər birinizə təşəkkür edirəm.
Qeyd edim ki, Suraxanı rayonu,Qaraçuxur qəsəbəsində tapılan körpənin vəziyyəti normaldır, uşaq xəstəxanadadır. Həkimlər onun səhhətini stabil qiymətləndirir.
Hazırda isə polis tərəfindən körpəni valideyinlərinin axtarışları davam etdirilir".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.