AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bərdədə “Nümunəvi valideynlik İnstitutu” layihəsi çərçivəsində tədbir keçirildi - FOTOLAR

  • + A
  • - A
  • 8-07-2024, 10:47

    Bərdədə “Nümunəvi valideynlik İnstitutu” layihəsi çərçivəsində tədbir keçirildi - FOTOLAR

    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regional Gender Mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Nümunəvi Valideynlik İnstitutu” adlı layihə çərçivəsində Bərdə rayonunda 06.07.2024- cü il tarixində 588 saylı məcburi köçkün qəsəbəsində tədbir keçirildi.

    QHT.az xəbər verir ki, tədbirdə Regional Gender Mərkəzinin sədri, layihə rəhbəri Şərqiyyə Dadaşova, ekspert Aliyə İmanova, “Tərəqqi” Sosial İnkişaf İB-nin sədri Telman Dadaşov, valideynlər və himayədarlar iştirak etdilər. Layihə rəhbəri Şərqiyyə Dadaşova layihə və donor təşkilat haqda ətraflı məlumat verdikdən sonra layihənin məqsədi və gözləntilər barədə məlumat verdi. Ekspert A.İmanova valideyn-uşaq münasibətləri və bəsləyici qayğının 5 komponenti ilə bağlı geniş məlumat verdi.

    Sonra müzakirələr aparıldı. Valideyn-uşaq münasibətləri, erkən nikah və ailədaxili münaqişələrin uşaqların həyatında buraxdığı fəsadlar geniş müzakirə olundu. Qəsəbə sakinləri nümunəvi valideynlik institutlarının ailələrdə müsbət rolundan danışdılar. Onlar mövzunun aktual olduğunu və cəmiyyətdə sağlam ailələrin çoxalacağını əminliklə bildirdilər. Şəhid bacısı, məcburi köçkün Səadət xanım iştirakçılar adından Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Regional Gender Mərkəzi İB-yə təşəkkür etdi. İştirakçıların sualları cavablandırıldı və təklifləri dinlənildi.

    Tədbir çox maraqlı keçdi. Yekunda qiymətləndirmə aparıldı. Layihə rəhbəri Ş. Dadaşova tədbirin uğurlu alınmasında dəstəyinə görə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayevə və İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səbuhi Qasımova minnətdarlığını bildirdi. Tədbirdə 24 nəfər iştirak etdi.

    Sonda xatirə şəkili çəkildi.

    Qeyd: Layihə 3 ay müddətində 4 rayonda (Ağdam, Bərdə, Tərtər və Goranboy) həyata keçiriləcək.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR