AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bərdədə "Nümunəvi Valideynlik İnstitutu" layihəsi çərçivəsində dəyirmi masa keçirildi - FOTOLAR

  • + A
  • - A
  • 6-07-2024, 14:08

    Bərdədə "Nümunəvi Valideynlik İnstitutu" layihəsi çərçivəsində dəyirmi masa keçirildi - FOTOLAR


    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regional Gender Mərkəzi” İctimai Birliyi “Nümunəvi valideynlik İnstitutu” adlı layihə çərçivəsində Bərdə rayonunda 05.07.2024- cü il tarixində saat 12.00 –da Bərdə rayonu Qadın Resurs mərkəzində layihə çərçivəsində dəyirmi masa keçirildi.


    Tədbirdə Regional Gender Mərkəzinin sədri , layihə rəhbəri Şərqiyyə Dadaşova, ekspert Aliyə İmanova, “Tərəqqi” Sosial İnkişaf İB-nin sədri Telman Dadaşov, Bərdə Qadın Resurs Mərkəzinin əməkdaşları, valideynlər və himayədarlar iştirak etdilər.


    Layihə rəhbəri Ş.Dadaşova layihə və donor təşkilat haqda ətraflı məlumat verdikdən sonra layihənin məqsədi və gözləntilər barədə məlumat verdi. Bildirdi ki, Erkən uşaqlıq dövründə valideyn övlad münasibətləri, uşaqların düzgün tərbiyə olunması cəmiyyətin gələcəyi üçün çox mühümdür. Xüsusilə də erkən uşaqlıq dövrünün inkişafının düzgün aparılmasına ehtiyac böyükdür, çünki uşaqların inkişafı ən çox bu dövrdə baş verir. Lakin, müxtəlif səbəblərdən valideynlər övladlarının erkən uşaqlıq dövründə inkişafına əhəmiyyət vermirlər. Buna görə də, uşaqlar böyüdükcə onların tərbiyə olunması da çətinləşir, eləcə də vaxtında düzgün qayğı görməyən uşaqların təhsildə geri qalması, özünə güvənsizliyi, öz bacarığına inanmaması halları olur ki, bu da onun gələcəkdə öz həyatını düzgün qura bilməməsinə səbəb ola bilir. Ekspert A.İmanova valideyn –uşaq münasibətləri, Bəsləyici qayğının 5 kompanenti ilə bağlı ətraflı məlumat verdi. Bildirdi ki, Erkən uşaqlıq dövründə inkişaf uşaqların düzgün böyüməsi prosesinin və rifahının əsasını təşkil edir. Valideynlərə erkən uşaqlıq dövründə sağlam inkişaf üçün vacib olan “Bəsləyici Qayğı”nın 5 kompanentinə( düzgün qidalanma, sağlamlıq, ehtiyaclara uyğun qayğı, təhlükəsiz və etibarlı mühit və erkən öyrənmə imkanları) uyğun olaraq uşaqlarını böyütsə gələcəyimiz üçün sağlam ailələrin sayı çoxalar.


    Sonra müzakirələr oldu. Valideyn –uşaq münasibətləri, uşaqların erkən evliliyə cəlb olunması və digər məsələlər geniş müzakirə olundu. Qadın Resurs Mərkəzinin əməkdaşları Cəfərova Elnarə,Rzayeva Şəfiqə və Vəliyeva Mətanət mövzunun aktual olduğunu və cəmiyyətə xeyir gətirəcəyin bildirdilər. Onlar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Regional Gender Mərkəzi İB-nə təşəkkür etdilər. İştirakçıların təklifləri dinlənildi. Sualları cavablandırıldı.


    Tədbir çox maraqlı keçdi. Yekunda qiymətləndirmə aparıldı. Layihə rəhbəri Ş.Dadaşova tədbirin uğurlu alınmasında dəstəyinə görə Bərdə Rayon İcra hakimiyyətinin başçısı cənab Vidadi İsayevə, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Səbuhi Qasımova minnətdarlığını bildirdi. Tədbirdə 21 nəfər iştirak etdi.
    Sonda xatirə şəkili çəkildi
    Qeyd: Layihə 3 ay müddətində 4 rayonda ( Ağdam, Bərdə,Tərtər və Goranboy) həyata keçiriləcək .






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR