AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Narkomaniya gənclərin kabusuna çevrilib

  • + A
  • - A
  • 8-07-2024, 11:14

    Narkomaniya gənclərin kabusuna çevrilib

    Əsrin bəlası narkomaniya gənclərin kabusuna çevrilib. DİN-in yaydığı rəsmi xəbərlərə baxmaq kifayət edir vəziyyətin nə qədər acınacaqlı olduğunu. Təəssüf ki, gənclər həm satışa cəlb edilir, həm də istifadəçilər arasında çoxluq təşkil edir. Nə etməli? Çıxış yolu nədədir? Mütəxəssislər nə məsləhət görür?
    Narkotik problemlərinin həlli kompleks və çoxşaxəlidir. Bu məsələnin həlli üçün bir neçə əsas istiqamət var.
    Öndə maarifləndirmə və təhsil dayanır. Gəncləri narkotiklərin zərərləri haqqında məlumatlandırmaq və bu mövzuda maarifləndirici proqramlar təşkil etmək vacibdir. Məktəblərdə və universitetlərdə narkotiklərin təhlükələri barədə təlimlər təşkil edilməlidir.

    Psixoloji dəstək də vacib amillərdəndir. Narkotik istifadəçilərinə və onların ailələrinə psixoloji dəstək təmin etmək lazımdır. Bu, onları müalicəyə yönləndirmək və yenidən cəmiyyətə inteqrasiya etmək üçün vacibdir.
    Narkotikdən xilas olub normal həyata qayıtmaq üçün reabilitasiya mərkəzləri çox azdır. Olanlarda müalicə almaq üçün kifayət qədər maddiyyat lazım. Narkotikdən asılı olan şəxslər üçün effektiv reabilitasiya mərkəzlərinin yaradılması və mövcud olanların dəstəklənməsi vacibdir. Bu mərkəzlərdə tibbi və psixoloji dəstək təmin edilməlidir.
    Hüquq-mühafizə tədbirləri də kompleks mübarizəyə daxildir. Narkotik satışı və yayılması ilə mübarizə aparmaq üçün hüquq-mühafizə orqanlarının effektiv işləməsi təmin olunmalıdır. Bu, həm də narkotik ticarəti ilə məşğul olan şəbəkələrin məhv edilməsini əhatə edir.
    Cəmiyyətin dəstəyi də narkomaniyanın kabusundan xilas olmaq istəyənlərə stimul verə bilər. Cəmiyyətin dəstəyini qazanmaq və ictimaiyyətin narkotiklərə qarşı birgə mübarizəyə cəlb edilməsi mühümdür. Sosial kampaniyalar və ictimai tədbirlər bu istiqamətdə kömək edə bilər.
    Narkomaniyaya rəvac verən bekarlıq, işsizlikdir. İş imkanlarının yaradılması şərtdir. Çünki gənclərin asudə vaxtını səmərəli keçirməsi və məşğulluğunun təmin edilməsi də narkotik problemlərinin həllində önəmli rol oynayır. İş imkanlarının artırılması və gənclərə məşğuliyyətlərin təşkili onları narkotikdən uzaq saxlaya bilər.
    Narkomaniya əsrin bəlasıdır. Hər birimiz bacardığımız qədər gənclərimizi bu bəladan xilas etmə yolunda səfərbər olmalıyıq.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR