AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Şəmkirdə vətəndaşları qəbul edib

  • + A
  • - A
  • 9-07-2024, 18:15

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Şəmkirdə vətəndaşları qəbul edib


    Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, iyul ayının 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Şəmkir rayonunda vətəndaşları qəbul edib.

    Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad olunub.

    Qəbul zamanı Tovuz, Qazax, Ağstafa, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşlar dini icmanın dövlət qeydiyyatına alınması, dini təhsil, dini icmaların ədəbiyyatla təmin olunması və digər məsələlərlə bağlı müraciət ediblər.

    Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, ərizələri qəbul edilərək müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR