COP29 ərəfəsi daha bir yaşıllıq ərazi son günlərini yaşayər. Söhbət Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsi, Spar marketlə üzbəüz ərazidən gedir. Sakinlərin bildirdiyinə görə bu yazıq, çarəsiz görünüşlü agaclar onillərlə yaşı olan yamyaşıl, hündür qollu- budaqlı, meyvəsinə, yaşıllıgına həsəd aparılacaq zeytunlar idi. Ta ki bəni - insan onun yerləşdiyi əraziyə göz qoyub, müəyyən qurumlarla razılaşıb hasara alana qədər...
Artıq hasarın o tayında onların məhvi üçün bütün ölçülər götürülüb və iş gedir. Ağaclar məqsədli şəkildə qurudulur, kəsilib- dogranır.
Ölkə rəhbərliyi ətraf mühitdən, havanın çirklənməsindən danışır, dünya bizə etimad göstərib beynəlxalq ekoloji konfranslar təşkil edir. Bizdə isə öz cibini güdən işbazlar ağaclara qənim kəsilib.
Xatırladım ki, Səbail Rayon İcra Hakimiyyəti təkcə yaşıllıqları məhv edib ərazisini satma prosesini kənardan izləməklə kifayətlənmir.
Azadmedia.az-a bir qrup sakin müraciət edərək icra hakimiyyəti yetkililəri tərəfindən binalarının həyətinin zəbt olunaraq qapısının qıfıllandığını bildirib. Yazının linki
https://azadmedia.az/cemiyyet/99527-sbaild-bemrtbli-binann-hyti-sakinlrin-uzun-qapanb-kims-goz-dikib-ikaytlr-cavabsz-qalr.htmlTəəssüf ki, rayon icra hakimiyyətinin rəsmi poçtuna problemlə bağlı yazını yollasaq da, heç bir reaksiya olmadı...
Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.