AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Müharibədən zərərçəkənlərə psixoloji dəstək” adlı layihə çərçivəsində Bərdə rayonunda tədbir keçirildi - FOTOLAR

  • + A
  • - A
  • 12-07-2024, 19:22

    “Müharibədən zərərçəkənlərə psixoloji dəstək” adlı layihə çərçivəsində Bərdə rayonunda tədbir keçirildi - FOTOLAR

    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müharibədən Zərər Çəkmiş Ailələrə Dəstək” İctimai Birliyinin həyata keçirdiyi “Müharibədən zərərçəkənlərə psixoloji dəstək” adlı layihə çərçivəsində 11.07.2024- cü il tarixində Bərdə rayonunda yerləşən məcburi köçkün qəsəbəsində tədbir keçirildi.

    QHT.az xəbər verir ki, tədbirdə Müharibədən Zərər Çəkmiş Ailələrə Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri Ətrabə Məmmədova, ekspert/ psixoloq Aliyə İmanova, Regional Gender Mərkəzi İB-nin sədri, Miqrasiya Əməkdaşlıq Platformasının üzvü, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Ş.Dadaşova və məcburi köçkünlər iştirak etdilər.

    Layihə rəhbəri Ə.Məmmədova layihə və donor təşkilat haqda ətraflı məlumat verdikdən sonra layihənin məqsədi və gözləntilər barədə məlumat verdi. Ekspert/psixoloq A. İmanova Müharibədən zərər çəkmiş insanlara (Məcburi köçkün, şəhid, qazi ailələri) dövlət qayğısı, güzəştlərin olunması ilə bağlı geniş məlumat verdi. Sonra depresiya testi aparıldı və Ruhlandırıcı nümunələrlə depresiyadan çıxış yolları müzakirə olundu. Şəhid bacıları Əsədova Ətrabə və Cəbiyeva Səadət çıxış etdilər və belə görüşlərin davamlı olmasını arzuladılar. Ş.Dadaşova qayıdışa hazırlıqla bağlı məlumat verdi. Tədbirdə iştirak edən H.Gülnaz, K.Yeganə və H.Əmir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Müharibədən Zərər Çəkmiş Ailələrə Dəstək İctimai Birliyinə minnətdarlıqlarını bildirdilər.

    İştirakçıların sualları cavablandırıldı və təklifləri dinlənildi. Layihə rəhbəri Ə.Məmmədova tədbirin uğurlu alınmasında dəstəyinə görə Bərdə Rayon İcra hakimiyyətinin başçısı Cənab Vidadi İsayevə, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Səbuhi Qasımova təşəkkür etdi.

    Layihə 3 ay müddətində Bərdə və Tərtər rayonlarında həyata keçiriləcək. Hədəf qrupları Tərtər və Bərdə rayonlarında 16-70 yaş arası əhali qrupudur (şəhid ailələri, qazilər, veteranlar, ermənilər tərəfindən Bərdəyə raket atilan zaman zərər çəkmiş insanlar).






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR