Mərkəzi Banın rəhbəri yeni inşa etdirdikləri binaya xüsusi giriş üçün ağacları kəsmək istəyir. Söhbət nə az, nə çox, 32 ağacdan gedir. Azadmedia.az xəbər erir ki, bu barədə məlumat Dövlət Ekoloji Ekspertiza Agentliyinin media və ictimaiyyət nümayəndələri ilə birgə dinləmələr zamanı səsləndirilib. Müzakirəyə qatılmağı özünə vacib bilməyən Mərkəzi Bankın rəhbərliyi yəqin 32 ağacın qətliamı hesbına paparazzilərdən yayınmağı düşünür.
İqlim dəyişikliyi bütün dünyanı ayağa qaldırdığı, hər bir dövlətin bərpaedilən enerjiyə tövhə vermək üçün əlindən gələni etdiyi bir vaxtda Mərkəzi Bankın etdikləri təəssüf doğurur.
Fürsətdən istifadə edib burdan Mərkəzi Bankın rəhbərliyinin diqqətinə çatdırmaq istəyirəm ki, qlobal iqlim dəyişikliklərinin aradan qaldırılması məqsədilə Azərbaycan payızda beynəlxalq bir tədbirə - COP29-a evsahibliyi edəcək. Bütün dünyanın bizə etimad etdiyi bir dövrdə etmək istədiyiniz yalnız təəssüf doğurur.Bu arada, bank rəhbərinə alternativ təklifim var; əgər binaya ümumi giriş-çıxışdan istifadə etmək istəmirsə, helikopterdən istifadə etsin.
Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.