“Xaçmaz Kənd Təsərrüfatının İnkişafına Dəstək” ictimai birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi ilə 10 iyul 2024-cü il tarixində Xaçmaz rayonunun Nərəcan kəndində “Dayanıqlı Təsərrüfat və Ətraf Mühitin Mühafizəsi” mövzusunda təlim keçirib.QHT.az xəbər verir ki, təlimdən öncə Nərəcan kəndindən şəhid olan 17 nəfərin məzarına ziyarət edilib və üzərlərinə qırmızı qərənfillər qoyulub. Şəhidləri ziyarət edərkən ailə üzvlərinin də iştirakı təşkil edilib.
Layihə rəhbəri Famil Baxışov çıxış edərkən bildirir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində də mühüm işlər görülür: "Ekoloji cəhətdən dayanıqlı, sosial-iqtisadi inkişafa meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar uğurla yerinə yetirilir".
Təlimçi Fayiq Şeydayev qeyd etdi ki, bu gün ölkəmizdə ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsi məsələlərinə daha çox diqqət yetirilir: "Milli parkların yaradılması işi uğurla davam etdirilir. Təbii ehtiyatların qorunması üçün uzun müddətli dövlət proqramları nəzərdə tutulub. Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər il 5 iyun Dünya Ətraf Mühitin Mühafizə dövrü ərəfəsində ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanması məqsədi ilə müxtəlif tədbirlər həyata keçirib".
Ekspert Sədaqət Qənbərova da “Dayanıqlı Təsərrüfat və Ətraf Mühitin Mühafizəsi” mövzusunda ətraflı danışdı.
Təlimin sonunda sahibkarların suallarına cavablar verildi və Sahibkarlar müntəzəm olaraq belə tədbirlərin keçirilməsini xahiş etdilər. Sonda sahibkarlar təlimin qiymətləndirilməsi suallarına cavab veriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.