AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məktəbəqədər Təhsildə İnnovativ Yanaşmalar: QHT təlimlər keçirir/ FOTOLAR

  • + A
  • - A
  • 16-07-2024, 12:45

    Məktəbəqədər Təhsildə İnnovativ Yanaşmalar: QHT təlimlər keçirir/ FOTOLAR

    Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi Elm və Təhsil Nazirliyinin əlan etdiyi “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi çərçivəsində 2023-cü ilin dekabr ayından etibarən "Məktəbəqədər Təhsil Müəssisələrinin Əməkdaşlarının Uşaqyönümlü Yanaşması, Uşaqlarla Davranış Qaydalarının Mənimsənilməsi və Uşaq Müdafiəsi Sisteminin Tətbiqi” adlı layihənin icrasına başlayıb.

    QHT.az xəbər verir ki, layihənin məqsədi məktəbəqədər təhsil müəssisələrində çalışan əməkdaşların uşaqlarla ünsiyyəti və davranışının təkmilləşdirilməsi, onların uşaq hüquqları, uşaq müdafiəsi, uşaq psixologiyası və uşaqlarla müasir davranış strategiyaları, təlim-tərbiyə prosesində yeni interaktiv və innovativ yanaşmaların tətbiqi ilə uşaqların inkişafını dəstəkləməkdir. Bu fəaliyyətin gücləndirilməsi və peşəkar səviyyəyə çatdırılması gələcəkdə müəssisə-uşaq-valideyn münasibətlərinin düzgün qurulmasına müsbət töhfə verəcəkdir. Hədəf isə məktəbəqədər müəssisələrdə zorakılıq və təcavüz hallarının erkən aşkarlanması, uşaqların inkişafına və təhsilinə mənfi təsir göstərən digər risk faktorlarının müəyyən edilməsi və aradan qaldırılması ilə həmin halların azaldılmasıdır. Layihə çərçivəsində hazırlanmış Uşaq Hüquqları üzrə Təlim paketi və təlim kursu, eyni zamanda Zorakılıq, Təcavüz və Qısnama Hallarının Erkən Aşkarlanması və Aradan Qaldırılması üzrə Metodik Vəsait üzrə Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin əməkdaşlarını əhatə edir. İlk təlimin açılışı 15-17 İyul 2024-cü il tarixində Azəbaycan Dövlət Pedaqoji Universitetin dəstəyi və əməkdaşlığı ilə Bakı şəhərin məktəbəqədər təhsil müəssisələrinin 25 nəfər heyəti üçün təşkil edildi.

    Uşaq Hüquqları və Uşaq Müdafiəsi sahəsində pedaqoqlar, tərbiyəçilərin və digər inzibati heyətin bacarıq və biliklərinin artırılması uşaq bağçalarında keyfiyyətli işin təmin edilməsi, beynəlxalq və milli standartlar, uşaqlara hörmətli və bərabər münasibətə dair pedaqoji metodlar və yanaşmalar haqqında maarifləndirilməyə yönəlmiş xüsusi təlimlərin, seminarların və kursların keçirilməsi mühüm addımdır. Bu cür interaktiv, müzakirəli keçirilən təlimlər uşaq bağçalarında uşaqlar üçün daha əlverişli və təhlükəsiz mühitin yaradılmasına müsbət töhfə verəcəkdir.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR