AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əliabbas Salahzadə açıqlama yaydı

  • + A
  • - A
  • 17-07-2024, 14:48

    Əliabbas Salahzadə açıqlama yaydı

    Bildiyiniz kimi, bu gün Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirildi. İclasda növbədənkənar parlament seçkilərində Yeni Azərbaycan Partiyasını təmsil edəcək namizədlərin siyahısı müəyyənləşdi.
    Məlumdur ki, bundan öncəki parlament seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyim irəli sürülmüş və mən, məhz, doğma partiyamızdan təmsil olunurdum. Milli Məclisin deputatı olduğum beş ilə yaxın müddətdə Prezident İlham Əliyevin Parlamentin qarşısında qoyduğu öhdəliklər əsasında öz fəaliyyətimi qurdum. Təmsil etdiyim Sabunçu rayonunun inkişafı üçün var gücümlə çalışdım və sevindirici haldır ki, bu müddət ərzində rayonumuzun sakinlərinin çətinlikləri və problemlərinin böyük bir qismini aradan qaldıra bildim. Şəhid ailələrinin, qazilərimizin çətinlikləri ilə fərdi olaraq maraqlandım və bu çətinliklərin tezliklə aradan qaldırılması istiqamətində işlər gördüm. Sakinlərimizin problemləri ilə bağlı müvafiq dövlət qurumlarının qarşısında qaldırığım məsələlər müsbət istiqamətdə həllini tapdı.
    Partiyamızın qərarına əsasən, parlament seçkilərində Yeni Azərbaycan Partiyasını təmsil edəcək namizədlər arasında yer almıram. Partiyamız tərəfdən verilən qərar mənim üçün qanundur və müzakirə olunmazdır. Bundan sonra da öz fəaliyyətimi başlanğıcını Ümummilli Lider Heydər Əliyevin qoyduğu və Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin və Yeni Azərbaycan partiyasının sədrinin birinci müavini, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uğurla davam etdirdiyi siyasətin əsasında qurmağa davam edəcəyəm. Dövlətimizin daim xidmətindəyik. Hər birimiz bu ölkənin vətəndaşlarıyıq, bu ölkədə yaşayırıq və Ali Rəhbərin verdiyi bütün qərarlara riayət edib birmənalı olaraq əməl etməliyik.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR