AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

layihənin icrasını davam etdirir - FOTOLAR

  • + A
  • - A
  • 17-07-2024, 20:31

    layihənin icrasını davam etdirir - FOTOLAR

    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən Bələdiyyə Resurs və Təlim Mərkəzi İctimai birliyi tərəfindən icra olunan "Yerli özünü idarəetmə orqanlarında qadın təşəbbüskarlıgının artırılması" layihəsinin icrası davam edir.

    QHT.az xəbər verir ki, bu barədə layihə rəhbəri Gülnarə Əmiraslanova məlumat verib. Onun sözlərinə görə, layihənin icra planına uyğun 17.07.2024- cü il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzində Göygöl rayonundan olan 20 nəfər qadın Bələdiyyə üzvlərinin iştirakı ilə tədbir baş tutdu.

    Tədbirdə qadın Bələdiyyə üzvlərinin layihə barədə məlumatlandırılması və onların idarəçilik istiqamətində Sorğu vasitəsi ilə ilkin bilik və bacarıqlarının qiymətləndirilməsi aparıldı. Tədbir zamanı mövzu ətrafında müzakirələr aparıldı, təkliflər səsləndirildi, ehtiyaclar müəyyənləşdirildi. Bundan əlavə layihə çərçivəsində Göygöl rayonunda daha 2 tədbir "Peşəkar idarəçilik bacarıqlarında Qrant layihələrlə iş" mövzularında təlimlərin keçirilməsi nəzərdə tutulub.

    Qeyd edək ki, layihə 3 ay ərzində Goranboy,Göygöl və Samux rayonlarında icra olunur.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR