AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Ailələrdə sənətkarlığın təşviqi” layihəsi: Gənclərin dərzilik təlimi davam edir / FOTOLAR

  • + A
  • - A
  • 22-07-2024, 13:56

    “Ailələrdə sənətkarlığın təşviqi” layihəsi: Gənclərin dərzilik təlimi davam edir / FOTOLAR

    “Ailələrdə sənətkarlığın təşviqi” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunur. Həmin layihə uğurla davam edir və dərslər mütəmadi olaraq davamlı şəklidə keçirilir.

    QHT.az xəbər verir ki, dərsdə gənclər artıq tikiş maşınında tikiş texnikasını praktiki şəklində öyrənirlər. Əlavə olaraq, şalvarın ülgü çertyojunu çıxartdılar və parça üzərində yerləşdirdilər və biçildilər. Trapez ətək isə parça üzərində biçildi və birinci yoxlanılması aparıldı. "Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək" Fondunun direktoru Gülbəniz Bayramova bildirir ki, layihə çərçivəsində layihə heyətinin məqsədi gənclərə dəstək olub onların potensialını üzə çıxararaq dərzilik kursunu uğurla başa çatdırsınlar və yeni peşəyə sahib olsunlar.

    Xatırladaq ki, Layihə çərçivəsində təşkil olunmuş “Dərzilik” kursunu Fərzəliyev Anar - dərzi ixtisası üzrə fənn müəllimi tərəfindən keçirilir. O, müxtəlif metod üzərində iştirakçılara dərzilik peşəsini professional səviyyədə öyrədərək hazırlaşdırır və hər bir gənc məmnunliyyətlə dərslərdə iştirak edir və öhdəliklərini yerinə gətirirlər.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR