“Sosial Dayaq” İctimai Birliyinin Siyəzən rayonunda həyata keçirdiyi "Sağlamlıq imkanları məhdud uşaqlara qayğı tədbirləri” adlı layihənin icrası davam edir. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilən layihədə iştirak edəcək sağlamlıq imkanları məhdud uşaqlar müəyyən edilib, onların ehtiyacları mütəxəssislər tərəfindən öyrənilib. Hər bir uşağa ehtiyacına uyğun qayğı təlimləri təşkil olunub.QHT.az xəbər verir ki, bu barədə layihə rəhbəri Qərənfil Niftəliyeva məlumat verib. Onun sözlərinə görə, yaş normativləri nəzərə alınmaqla hər uşaq üçün ayrı-ayrılıqda təlim qaydaları hazırlanıb: "Təlimlərə valideyinlər də cəlb olunublar. Onlar öz uşaqlarına erkən yardım göstərmək, ünsiyyət qurmaq bacarıqları əldə edirlər. Valideynlərə uşaqları ilə ev şəraitində necə ünsiyyət qurmaqları barədə məlumatlar verilir".
Qeyd edək ki, qayğı tədbirlərinin təşkili, uşaqların fiziki-mənəvi inkişafına, digər uşaqlarla bərabər cəmiyyətdə müstəqil iştirak etməsinə dəstək olacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.