AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Şəhid və veteran ailələrinə psixoloji və sosial xidmət” layihəsi uğurla sona yaxınlaşır - FOTOLAR

  • + A
  • - A
  • 23-07-2024, 16:21

    “Şəhid  və veteran ailələrinə psixoloji və sosial xidmət” layihəsi uğurla sona yaxınlaşır - FOTOLAR

    Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəfa” Psixoloji-Sosial Yardım İctimai Birliyinin həyata keçirdiyi “Şəhid və veteran ailələrinə psixoloji və sosial xidmət” layihəsi uğurla sona yaxınlaşır. Layihənin məqsədi Vətən Müharibəsi Şəhidi və veteranı ailələrində müharibə dövründə mənəvi-psixoloji zədə görmüş insanların yenidən cəmiyyətə adaptasiya olunmasına dəstək olmaqdır.

    QHT.az xəbər verir ki, 22-23 iyul 2024-cü il tarixlərində layihənin hədəf rayonlarından olan Bərdə şəhərində psixoloji dəstəyə daha çox ehtiyacı olan 10 Şəhid və veteran ailələrinə psixoloji xidmət göstərildi. Şəhid və veteran ailələri ilə psixoloji konsultasiya təşkil edilməklə şəhid analarının, həmin ailələrdə olan uşaqların psixoloji yükünün azaldılması, cəmiyyətə inteqrasiyası sahəsində dəstək olundu. Şəhid ailələri ilə birgə Bərdə şəhərində yerləşən Şəhidlər Xiyabanı ziyarət edildi. Daha sonra Şəhid, polkovnik leytinant Qənbərov Mehmanın anasının xahişi ilə tədbirin davamı onlarda oldu. Həyata keçirilən reabilitasiya xidməti layihədə psixoloq kimi fəaliyyət göstərən ixtisaslı psixoloq Nəzakət Quliyeva və könüllü olaraq layihəyə dəstək olan ixtisaslı psixoloq Piyələ Abışova tərəfindən aparıldı. Hər bir ailəyə "Müharibə depressiyası olan ailə üzvlərinə onunla necə davranması” barədə məlumatlar əks olunan maarifləndirici bukletlər paylanıldı.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR