AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QHT icra etdiyi layihəsi çərçivəsində Masallı rayonunda təlim keçirdib - FOTOLAR

  • + A
  • - A
  • 24-07-2024, 15:34

    QHT icra etdiyi layihəsi çərçivəsində Masallı rayonunda təlim keçirdib - FOTOLAR


    "Murad" Əlillər İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi "Həssas əhali qrupunun məşğulluğuna dəstək" adlı layihəsi çərçivəsində növbəti tədbiri və təlimi 22 iyul 2024-cü il tarixində Azərbaycan Respublikası Masallı Rayon İcra Hakimiyyətinin və Bitnet təhsil mərkəzinin təşkilati dəstəyi ilə Prospekt biznes mərkəzində təşkil edib.

    QHT.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən Masallı rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin Böyük məsləhətçisi Muradov Nurlan Şaiq oğlu tədbir iştirakçılarını salamladıqdan sonra, rayonda görülən işlərdən, həmçinin "Murad" Əlillər İctimai Birliyinin icra etdiyi layihənin əhəmiyəti barədə öz fikirlərini bölüşüb.

    Sonra "Həssas əhali qrupunun məşğulluğuna dəstək" adlı layihənin rəhbəri və "Murad" Əlillər İctimai Birliyinin idarə heyətinin sədri, Rəsmiyyə Səmədova çıxış edib. O, layihənin məqsədi, vəzifələri və əhəmiyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. R.Səmədova cari layihə çərçivəsində 7 rayonda (Salyan, Şirvan, Sabirabad, Biləsuvar, Neftçala, Masallı və Lənkəran) məskunlaşan sosial baxımdan həssas əhali qrupun üzvlərini, yəni 105 nəfəri sosial sahibkarlıq (biznes) barədə maarifləndirməklə məşğulluğuna dəstək olmaq, həmçinin "Murad" Əlillər İctimai Birliyinin təqdim etdiyi xidmətlərdən necə faydalanmaq yolları barədə də tədbir iştirakçılarını məlumatlandırıb.

    Tədbir, Arif Nəcimovun təqdimatında “Sosial sahibkarlıq (biznes)” mövzusunda çıxışı ilə davam edib. A.Nəcimov təlim iştirakçılarını “Sahibkarlıq ilə Sosial sahibkarlığın fərqli cəhətləri”, “Sosial sahibkarlığın (biznesin) həssas əhali qrupun məşğulluğuna təsiri”, “Sosial sahibkarlıq ilə sosial və ekoloji problemlərin həlli yolları”, “Xarici ölkələrin sosial sahibkarlıq təcrübəsi” və “Azərbaycanda sosial sahibkarlığın cari vəziyyəti ilə inkişaf etdirilməsi imkanları” mövzularında məlumatlandırıb. Tədbirin 1-ci hissəsi çıxışlarla yekunlaşıb.

    Çay-kofe fasiləsindən sonra tədbirin 2-ci hissəsi təqdim olunmuş mövzular əsasında müzakirələrlə və iştirakçıların suallarının cavablandırılması ilə davam edib. Tədbir, iştirakçıları maraqlandıran sualların cavablandırılması və “İştirakçı sertifikatı”nın təqdim olunması ilə yekunlaşıb. Cari layihə iş planına uyğun olaraq digər seçilmiş rayonlarda da avqust ayına kimi davam edəcək.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR