AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Kənd yerlərində qadınların sahibkarlıq fəaliyyəti” layihəsi davam edir - FOTOLAR

  • + A
  • - A
  • 25-07-2024, 13:13

    "Kənd yerlərində qadınların sahibkarlıq fəaliyyəti” layihəsi davam edir - FOTOLAR

    “Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzi İB Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Kənd yerlərində qadınların sahibkarlıq fəaliyyəti” adlı layihəynin ikinci mərhələsinin növbəti tədbiri 11 iyul 2024 –cü il tarixində Ağsu rayonu qadınları üçün keçirilib.

    Layihənin məqsədi kənd və kənd yerlərində yaşayan qadınların və gənclərin iqtisadi həyatda fəal iştirak etmələri, sahibkarlıq və bacarıqların inkişaf etdirilməsi üçün iqtisadi imkanların genişləndirilməsidir. Eyni zamanda layihənin məqsədi kənd və kənd yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviq edilməsinə şərait yaradır. Ağsu rayonunda da 20 çox qadının iştirak etdiyi təlimlərdə iştirakçılara biznes-planların hazırlanması, biznesin təşkili və idarə edilməsi, layihələrinin hazırlanması, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, ixrac bazarlarına çıxış imkanları, layihələrin idarə edilməsi və bacarıqların inkişaf etdirilməsi barədə ətraflı məlumatlar verilmişdir. Bu tədbirlər çərçivəsində iştirakçıların onları maraqlandıran suallar cavablandırılmışdır.

    Təlimlərin yüksək səviyyədə keçirilməsində və qadın sahibkarları maraqlandıran sullara cavab verdikləri üçün KOBİA - nın Dağlıq Şirvan Regional Mərkəzinin rəhbəri Cavanşir Məhərrəmova, KOBİA - nın Ağsu rayonu üzrə nümayəndəsi Abas Abasova, İqtisadiyyat Nairliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Nazim Şirvanova, Qubad Qubadova, Qalib Kərimliyə, təşkilatımız və iştirakçılar adında öz minnətdarlığımızı bildiririk. Ümid edirik ki, işgüzar fəaliyyət uğurla davam edəcək, sahibkar qadınlarımız bu əməkdaşlıqdan gələcəkdə də faydalanacaqlar.

    Ölkəmizdə əhalinin dörddə birini təşkil edən kənd qadınlarının sosial-iqtisadi həyatda iştirakına xüsusi önəm verilir. Bu layihə kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqini gücləndirmək, kənd qadınlarının ictimai həyatda aktivləşməsi məqsədini güdür: “Bu gün kənd qadınları çox aktivdirlər. Kənd yerlərində yaşayan qadınların yeni iş yerləri tapmaları üçün bilik və bacarıqları artırılmalıdır. Bizim layihənin əsas məqsədi informasiyadan kənar qalmış qadınlarımızı sahibkarlıq sahəsində daha böyük imkanlardan istifadə etmələrinə istiqamətləndirməkdir.

    Layihə Şirvan regionunun 4 rayonunda Şamaxı, İsmayılı, Ağsu və Qobustan rayonlarında yaşayan gənc qızlar və qadınlarin iştirakı ilə həyata keçirilir.

    Südabə Şirəliyeva

    “Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzi İB


    cwmw_az_az@yahoo.com











    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR