Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Şabran şəhər İcmasının İnkişafı üzrə Təlim və Resurs ictimai birlyi “Şabran rayonunda məskunlaşmış Qərbi Azərbaycanlı soydaşlarımız arasında əzəli torpaqlarımıza qayıdış imkanlarının təbliği” layihəsinin icrasını davam etdirir.QHT.az xəbər verir ki, layihə rəhbəri Gülsənəm Əmrahovanın məlumatına əsasən Qərbi Azərbaycanın qədim yurd yerlərimizdən deportasiya olunaraq Şabran rayonu ərazisində məskunlaşmış və 30 ildən artıq müddətdə məcburi köçkün vəziyyətində yaşayan ailələrdə görüşlərin təşkili və təbliğ yolu ilə qayıdış imkanlarının artırılması, bu sahədə maddi və mənəvi hüquqların mövcudluğu, dövlət və vətəndaş cəmiyyəti mövqeyindən dəstək nümayiş etdirilməsi məqsədilə Şabran şəhəri ərazisində məskunlaşan Vasif Salmanov və Qaratel Kərimovanın yaşadığı ünvanlarda görüşlər təşkil edilib.
Tarixi ərazilərimizə qayıdışın mütləq gerçəkləşəcəyinin əminliyinin Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yaradıldığını vurğulayan iştirakçılar dövlətimizin bu sahədə tədbirlərini alqışladığını bildiriblər. Qərbi Azərbaycandan olan soydaşlarımız zorla qovulduqları, əcdadlarımızın min illər boyu yaşam sürdürdükləri dədə-baba yurdlarına qayıdacaqlarına ümidlərinin sonsuz olduğunu qeyd ediblər. Görüş əsnasında iştirakçılara layihənin ideya mövzusu və mötivləri əsasında hazırlanan kitabçalar paylanılıb.
Görüşdə Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndə müavini Rəşad Əmrahov iştirak edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.