AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Hemofiliyanın müasir müalicəsinə dair multidisiplinar yanaşma” mövzusunda seminar keçirilib

  • + A
  • - A
  • 26-07-2024, 12:47

    “Hemofiliyanın müasir müalicəsinə dair multidisiplinar yanaşma” mövzusunda seminar keçirilib

    Şamaxı Rayon Mərkəzi Xəstəxanasının, TƏBİB-in və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə Şirvan TƏB-inə daxil olan Şamaxı, Ağsu, Qobustan, İsmayıllı xəstəxanalarının tibb işçiləri üçün “Hemofiliyanın müasir müalicəsinə dair multidisiplinar yanaşma” mövzusunda seminar keçirilib.

    Seminarın açılışında Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru İmran Qurbanov vətəndaşların paytaxta getmədən yaşadıqları regionda müalicələrinin təşkili və müalicənin multidisiplinar olmasının vacibliyini bildirib.

    Daha sonra Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov son 1 il ərzində dövlət səhiyyə qurumları ilə birgə görülən işlər barədə ətraflı məlumat verib, gələcək seminarlarda və konfranslarda təcrübə mübadiləsi üçün tibb işçilərinin iştirakının vacibliyini vurğulayıb.

    Seminarda Abşeron Rayon Mərkəzi Xəstəxanasının pediatriya şöbəsinin müdiri Dr. Aynur Nəsibzadə " Pediatriyada hemofiliya xəstəliyi", Tibbi Reabilitasiya Mərkəzinin direktor müavini, baş həkim. Dr. Gülay Qurbanzadə "Hemofiliyalı xəstələrin reabilitasiyası", Respublika Klinik Xəstəxanasının hematologiya şöbəsinin həkimi Məhluqə Talıbova “Hemofiliya xəstəliyinə yanaşma”, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının anesteziya və reanimasiya şöbəsinin müdiri, Dr. Səməd Fətəliyev “Hematoloji xəstələrin klinikası, diaqbostikası, müalicəsi və anesteziyanın idarə olunması”, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının üz-çənə cərrahı, həkim Dr. Avçiyev Rüstəm “ Hematoloji xəstələrdə üz-çənə patalogiyalarında cərrahi yardım” və Şamaxı Rayon Mərkəzi Xəstəxanasının mama-ginekoloqu, həkim Dr. Hülya İsayeva “ Hematoloji Xəstəliyi olan hamilələrdə hamiləliyin və doğuşun idarə olunması” mövzusunda çıxış ediblər.

    Daha sonra Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Fizioterapiya və dializ şöbələri ilə tanışlıq olub. Laxtalanma pozğunluğu ilə olan pasiyentlərin fizioterapevtik və stomatoloji müalicələrinin təşkili rayon mərkəzi xəstəxanasıda olmasının vacibliyi bir daha vurğulandı.















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR