AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Böyük Qayıdış prosesində Dayanıqlı İnkişaf Məqsədləri” layihəsinin icrasına başlanılıb - FOTOLAR

  • + A
  • - A
  • 29-07-2024, 11:44

    “Böyük Qayıdış prosesində Dayanıqlı İnkişaf Məqsədləri” layihəsinin icrasına başlanılıb - FOTOLAR

    Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin icra etdiyi “Böyük Qayıdış prosesində Dayanıqlı İnkişaf Məqsədləri” layihəsi çərçivəsində ilk təlim 26.07.2024-cü il tarixində Laçın şəhərində keçirildi.

    QHT.az xəbər verir ki, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyin, eləcə də Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilati dəstəyi ilə keçirilən təlimdə iştirakçılara icma quruculuğu, məcburi köçkünlərin məşğulluq imkanlarını artırmaq və reinteqrasiya prosesini daha da gücləndirmək istiqamətində praktiki və nəzəri biliklər verildi.

    Təlim çərçivəsidə ilk olaraq yeni məskunlaşmış sakinlərə Dayanıqlı İnkişaf Məqsədlərinin mövcud olan 17 hədəfi haqqında məlumat verilmiş, icma quruculuğu prosesində DİM-nin tətbiqi nəzərdən keçirilmiş, icmanın ehtiyaclarının öyrənilməsi məqsədi ilə fokus qrup müzakirələri təşkil olunmuş, gənclərin və qadınların biznes və sahibkarlıq subyektlərini formalaşdırmaq üçün təqdimatlar keçirilmiş və məsləhət xidmətləri təşkil olunub.

    Peşəkar təlimçilər tərəfindən aparılan təlimdə rayonda potensial olaraq əkinçilik, heyvandarlıq, aqro- innovasiya, aqroturizm sahələrinin formalaşmasında iştirak məsələləri ilə bağlı qrup işləri və praktik tapşırıqlar həyata keçirildi. Daha sonra iştirakçılara biznes planların tərtib olunma və müraciət olunması qaydaları ilə bağlı məlumat verilib və bu istiqamətdə davamlı dəstəyin davam etdirilməsi nəzərdə tutulub. Layihənin hədəf qrupu gənc qadınlar, gənc sahibkarlar və icmalar olub və əsas məqsəd yeni biznes ideyalarını təşviq etmək və yeni sahibkarların yetişdirilməsinə dəstək göstərmək olub. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

    Qeyd edək ki, layihə çərçivəsində növbəti mərhələdə Füzuli, Zəngilan və Şuşa şəhərlərində təlimlər keçiriləcək və təlimlərin nəticəsində dövlət, özəl sektoru və icmalar arasında işbirliyinin daha da gücləndirilməsinə töhfə vermək məqsədi ilə konfrans təşkil olunacaq. Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR